CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali məktəblərə sənəd verənlər mütləq oxusunlar

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalda dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib

BAKI, 9 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin mərbuat xidmətinə istinadən xəbər verir ki, jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

Bu nömrədə həmçinin Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına 2018/2019-cu tədris ili üçün kursant qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunub. DİM abituriyentlərin nəzərinə çatdırır ki, 2017-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2018-ci il 2-ci nömrəsində dərc edilib.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və  Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M  ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Xəbər lenti
0