CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektrik böhranı aradan qalxdı, başqa problem yaranıb

© Sputnik / Irade JELILYaxınlıqda yerləşən çoxmərtəbəli binalar
Yaxınlıqda yerləşən çoxmərtəbəli binalar - Sputnik Azərbaycan
Abunə olmaq
Rayon sakinlərinin verdikləri məlumata görə, gözlənilmədən internet bağlantıları kəsilib

BAKI, 8 iyul — Sputnik. Abşeron rayonu ərazisində yeni problem meydana çıxıb.

Rayon sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, gözlənilmədən internet bağlantıları kəsilib. İnterneti kəsilən sakinlərdən Tural Məmmədovun sözlərinə görə, durumla bağlı aydın bir cavab ala bilmirlər: "Mən "Qlobal Networks" provayderinin abunəçisiyəm. Bu dəqiqələrdə qəfildən mənzilimizdə internet bağlantısı kəsildi. Dərhal şirkətlə əlaqə saxladım. Uzun müddət telefon xəttində gözlədikdən sonra operator cavab verdi. Və açıq-aşkar dedi ki, problemin nə zaman həll ediləcəyinə dair konkret cavab verə bilməz. Soruşdum ki, problem tək bizim mənzilə gələn xətlə bağlıdır? Operatorun cavabı belə oldu: "Xeyr. Hazırda Abşeron rayonu üzrə başqa zənglər də gəlir. Yəqin, Abşeron rayonunda fəaliyyət göstərən blokumuzda problem yaranıb". Problemin təxminən nə zaman həllini tapacağını soruşdum, cavab aldım ki, bu haqda heç bir məlumat verilə bilməz" — deyə sakin bildirib.

Provayderdən verilən müəmmalı izah abunəçini qane etmədiyi üçün, bu haqda ictimaiyyətə məlumat verməyi uyğun hesab edib. Və düşünüb ki, "ölkədə elektrik böhranı aradan qalxdı, bəs bu internet böhranı nəyin xəbərçisidir?"

Xəbər lenti
0