CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tovuzda ağır faciə: Kişi yük maşınının altında qalıb öldü

CC0 / MonicaVolpin / carYük maşını, arxiv şəkli
Yük maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İ. Hacıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb

BAKI, 8 iyul — Sputnik. Tovuz sakinini avtomobil vuraraq öldürüb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə rayonunu Ağdam kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini 1973-cü il təvəllüdlü Hacıyev İsmixan İdoş oğlu ehtiyatsızlıq nəticəsində arxaya hərəkətdə olan yük avtomobilinin altında qalıb.

İlkin məlumata görə, bu gün Ağdam kəndində Tovuz çayında ot yüklü "Zil" markalı yük maşını batıb. İ. Hacıyev də yük maşınının çaydan çıxmasına kömək edib. Bu zaman anidən yük maşını hərəkət edib və İ. Hacıyev yük maşınının təkərləri altında qalıb. İ. Hacıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0