BAKI, 8 iyul — Sputnik. "BE 200 ÇS" amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub
Samux rayonunun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub.
Bir istiqamətdə yanğının qarşısı alınıb. Yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb. Yanğının yaxınlıqdakı meşə zolağına keçmə bilməsi təhlükəsi nəzərə alınaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
BAKI, 8 mart - Sputnik. Bu gün Bakıda intihar hadisəsi baş verib.
Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı Salman Fərmanov özünü çoxmərtəbəli binadan ataraq intihar edib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKI, 8 mart - Sputnik. Bu gün bir qrup qadın paytaxtın mərkəzində "8 Marş" adı altında aksiya keçirməyə cəhd edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları şəhər icra hakimiyyəti tərəfindən razılaşdırılmayan aksiyanın qarşısını dərhal alıblar.
Aksiyaya cəhd edən bir neçə xanım isə ərazidən uzaqlaşdırılıb.