CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elmar Vəliyevin səhhəti ilə bağlı yeni xəbər yayıldı

© Photo : GŞİH mətbuat xidmətiGəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev - Sputnik Azərbaycan
Abunə olmaq
“Qısa bir müddət ərzində gəncəlilər Elmar müəllimi işinin başında görəcəklər”

BAKI, 7 iyul — Sputnik. “Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti artıq yaxşıdır, qısa müddətdə işinin başına dönməyi planlaşdırır”. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.

O qeyd edib ki, E. Vəliyevin vəziyyəti ilə bağlı mütəmadi təmasdadır, onun səhhəti və müalicəsi, ümumiyyətlə hadisənin motivi ilə bağlı yayılan şayiələrin heç bir əsası yoxdur: “Qısa bir müddət ərzində gəncəlilər Elmar müəllimi işinin başında görəcəklər. O, ulu öndərin kursunun, cənab Prezidentin sadiq əsgərlərindəndir. Elmar müəllim daim yerli əhali, ictimaiyyət nümayəndələri ilə ünsiyyətdə olduqca nümunəvi davranış, təvazökarlıq nümayiş etdirib. Buna onun Gəncədə formalaşdırdığı komandanın fəaliyyətində də şahid olmaq olar”.

Baş Prokurorluq - Sputnik Azərbaycan
HADİSƏ
Gəncədə icra başçısına atəş açmış Yunis Səfərov həbs edilib - RƏSMİ

N. Həmzəyev bildirib ki, bu, E.Vəliyevə qarşı əvvəldən planlaşdırılmış bir terror niyyətinin nəticəsi idi: “Gəncədə içimizdən olan xainlər niyyətlərinə çata bilmədilər. Şükürlər olsun ki, onların bu cəhdi bu dəfə də uğursuz alındı. Elmar müəllimin səhhəti artıq çox yaxşıdır. Sadəcə olaraq terroru dəstəkləyən hər kəs qanun qarşısında, Allah qarşısında mütləq cavab verəcək”.

Qeyd edək ki, Yunus Səfərov adlı şəxs bu il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.

Xəbər lenti
0