Küçə termometri, arxiv şəkli

Qızmar yay günəşi Bakıda can aldı

110
(Yenilənib 10:25 07.07.2018)
Zərərçəkmiş ərazidə xidmət çəkən Yol Patrul Xidmətinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb

BAKI, 7 iyul — Sputnik. Bakıda günvurmadan ölüm hadisəsi qeydə alınıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, 1971-ci il təvəllüdlü Rövşən Dadaşov Yasamal rayonunda gün vurması nəticəsində özünü pis hiss edərək halsız vəziyyətdə yerə yıxılıb.

Zərərçəkmiş ərazidə xidmət çəkən Yol Patrul Xidmətinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlər onun günvurmadan əziyyət çəkdiyini müəyyən edib. Tibbi müdaxiləyə baxmayaraq, o, dünyasını dəyişib.

110
Teqlər:
ölüm, Yol Patrul Xidməti, 1 saylı Kliniki Tibbi Mərkəz, zərərçəkmiş, Yasamal rayonu, günvurma