Xəstəxana

Gədəbəydə qətl törədilib: Öldürüb, meyitini yol kənarına atdılar

281
(Yenilənib 00:36 07.07.2018)
Üzərində zorakılıq əlamətləri olan meyit tibbi ekspertizaya aparılıb

BAKI, 7 iyul — Sputnik. Gədəbəy rayonunda meyit tapılıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, rayonun Günəş kəndi ərazisindən keçən yolun kənarında Daşkəsən rayon sakini Bədəlov Emin Kamal oğlunun meyiti aşkar edilib.

Meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal olunur. Belə ki, Daşkəsən rayonunda qeydiyyatda olan və Əttəpə kəndi ərazisində yaşayan Bədəlov Emin Kamal oğlu bir müddət əvvəl axşam saatlarında, naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı evdən bayıra çağırılıb və məlum olmayan istiqamətdə aparılıb.

Həyat yoldaşının sözlərinə görə, o, ərindən bir xəbər olmadığını görüb, polisə məlumat verib. Faktla bağlı aparılan axtarışlar nəticəsində bu gün Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Çaylax adlı ərazidə, çayın içində onun meyiti tapılıb. Üzərində zorakılıq əlamətləri olan meyit tibbi ekspertizaya aparılıb.

E.Bədəlovun 2 uşaq atası olduğu bildirilir.

281
Teqlər:
yol kənarı, polis, qətl, zorakılıq, meyit, Gədəbəy rayonu