Əlləri qandallanmış qız, arxiv şəkli

Qonşu qonşu olsa...

179
(Yenilənib 21:26 06.07.2018)
Qonşunun maaş kartını oğurlayıb, 500 manatını xərclədi

BAKI, 6 iyul — Sputnik. İyulun 5-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini Z.Mirzəyeva iyun ayının 30-na keçən gecə mənzilindən maaş kartının oğurlandığını və hesabındakı 500 manatın çıxarıldığını bildirib.

DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qonşu qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.

X.Əhədova qonşusunun evindən kartı oğurladıqdan sonra kodu üzərində olduğundan həmin məbləği çıxararaq xərclədiyini etiraf edib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

179
Teqlər:
qonşu, oğurluq, kart, maaş, qadın