Yunis Səfərov

Yunis Səfərovun üzündəki zədənin mənbəyi bilindi

596
(Yenilənib 17:32 06.07.2018)
İşgəncələrə Qarşı Komitənin nümayəndələri Yunis Səfərovla görüşüblər

BAKI, 6 iyul — Sputnik. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovla görüşüblər.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, komitə sədri Tural Hüseynov bildirib ki, görüşdə onun müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov iştirak edib.

Y. Səfərov saxlanma şəraiti və ona qarşı rəftardan şikayət etməyib.

“Yunis Səfərova qarşı hər hansı qeyri-insani rəftara və işgəncəyə yol verilməyib. O, saxlanmadan heç bir şikayət etmədi və işgəncəyə məruz qalmadığını bildirdi. Bildiyiniz kimi, Yunis Səfərov hadisəni törətdikdən sonra əlində silah qaçmağa cəhd edib və onu tutmaq istəyən polis əməkdaşlarına müqavimət göstərib. Bu zaman polis Yunis Səfərovu tərksilah etmək istəyərkən ona qanunvericilik çərçivəsində güc tətbiq etmək məcburiyyətində qalıb”, — deyə T. Hüseynov bildirib.

596
Teqlər:
Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı, güllələnmə, sui-qəsd, Elmar Vəliyev, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb

13
(Yenilənib 14:31 04.03.2021)
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 337,315 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

 

BAKI, 4 mart — Sputnik. Martın 3-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24,272 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan-ın "Koronavirusinfo.az"a istinadən xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 337,315 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

13
Mədəniyyət naziri Anar Kərimovun  İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşü

Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb - FOTO

241
(Yenilənib 13:41 04.03.2021)
İstanbul şəhəri Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı incəsənət xadimi ilə görüşü keçirilib.

BAKI, 4 mart — Sputnik. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri İstanbulda davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbul şəhəri Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı incəsənət xadimi ilə görüşü keçirilib.

Görüşə Xalq artisti, dirijor, İstanbul Konservatoriyasının müəllimi Ramiz Məlikaslanov, Xalq artisti, tanınmış balaban ifaçısı Əlixan Səmədov, Əməkdar incəsənət xadimi, rəssam, İstanbul Yeditəpə Universitetinin müəllimi Teymur Rzayev, Əməkdar incəsənət xadimi, aktrisa, İstanbul Şəhər Bələdiyyə Teatrının rejissoru Məlahət Abbasova, Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əziz, Əməkdar rəssam Yaşar Zeynalov və digər sənətçi soydaşlarımız qatılıb.

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak ediblər.

Tədbirdə çıxış edən Anar Kərimov nazir kimi ilk səfərinin qardaş Türkiyəyə təşkil edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimizin çoxtərəfli sıx əlaqələrinin mədəniyyət sahəsini də əhatə etdiyini vurğulayan nazir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Səfər zamanı keçirilən görüşlərdə iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi, o cümlədən kino sahəsində əməkdaşlıq məsələlərinin gündəmə gəldiyini diqqətə çatdıran nazir bu mövzunun Türkiyənin kino sənayesi nümayəndələri ilə ətraflı müzakirə olunacağını deyib.

Görüş zamanı azərbaycanlı incəsənət xadimlərinin qardaş ölkədə yaradıcılıq və pedaqoji fəaliyyəti, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində görülən işlər, Azərbaycanın Mədəniyyət Nazirliyinin də dəstəyi ilə reallaşa biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Nazir azərbaycanlı incəsənət xadimlərinin fikir və təkliflərini dinləyib, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb.

Qeyd edək ki, martın 3-də Türkan Saylan Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş sərginin açılışı, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi münasibətilə "Mask-Kara" teatrı tərəfindən hazırlanmış "Kimdir müqəssir" tamaşasının premyerası da keçirilib.

Nazir Anar Kərimov və nümayəndə heyətinin üzvləri tədbirlərdə iştirak edib. Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

https://www.facebook.com/mct.gov.az/posts/1113886482385746

241
Bakıda yağışlı hava, arxiv şəkli

Sabahın hava proqnozu: qar da yağacaq. yağış da

0
(Yenilənib 14:48 04.03.2021)
Martın 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 4 mart — Sputnik. Martın 5-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Martın 5-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0