Qum adasının sahilboyu akvatoriyasında balıq ölümü

Xəzər dənizində böyük ekoloji insidentin səbəbi açıqlandı

189
(Yenilənib 19:41 06.07.2018)
Qeyri-optimal yaşama şəraiti daha həssas olan kefalın, əsasən, körpə balıqlarına təsir göstərib

BAKI, 6 iyul — Sputnik. Xəzər dənizi Bakı buxtası Qum adasının 3-4 kvadratmetr olan sahilboyu dayaz akvatoriyasında kütləvi balıq ölümü müşahidə olunub.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Hadisənin səbəblərini araşdırmaq üçün Nazirliyin və AMEA-nın Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının əməkdaşları əraziyə baxış keçirib.

Baxış zamanı balıqların sivriburun kefalın körpələri olduğu məlum olub. Nazirlik AMEA-nın əməkdaşları ilə birgə balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə balıq və su nümunələri üzərində analizlər aparıb.

Balıq nümunələri üzərində aparılan ümumi bioloji, morfoloji və fizioloji analizlərin nəticələrinə görə götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.

Balıqların yaşadığı mühitdən götürülən su nümunələrinin fiziki-kimyəvi parametrləri üzərində də analizlər aparılıb. Analizlərin nəticələrinə görə, nümunələr götürülən günü balıqların yaşadığı mühitdə suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək (suda həll olmuş oksigenin miqdarı 1.5–4.0 mq/litrə-dək (norma-6 mq/litr)) azalması və balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması kefal balığı körpələrinin kütləvi tələfinə səbəb olub.

Qeyd edək ki, qeyri-optimal yaşama şəraiti daha həssas olan kefalın, əsasən, körpə balıqlarına təsir göstərib.

189
Teqlər:
kefal, Qum adası, Bakı buxtası, Xəzər dənizi, ölüm, balıq
Heydər Əliyev Sarayı, arxiv şəkli

Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib

3
Layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

 

BAKI, 19 yanvar — Sputnik. Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, "Tarixi səhnə" layihəsi 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.

Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsədi Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.

Eyni zamanda, layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, "Tarixi səhnə" adlı festivalın və "Tarixi səhnə" filminin çəkilməsi nəzərdə tutulub.

3

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

16
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

16

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

17
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

17