Ət

Əhalinin təhlükəsliyi ilə bağlı bu sahəyə nəzarət gücləndirilir

64
(Yenilənib 00:27 06.07.2018)
Həmin laboratoriyaların 31-i Bakı şəhərində, digərləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir

BAKI, 6 iyul — Sputnik. Heyvan mənşəli qida məhsullarının istehlakı qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Bu məqsədlə əhalinin sağlam ət məhsulları ilə təmin olunması üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə və gigiyenik normalara uyğun fəaliyyətinin təşkili vacib şərtlərdəndir.

Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar olaraq Qida Təhlükəsizliyi Agentliyi müasir standartlara cavab verən qida təhlükəsizliyi nəzarəti məntəqələrinin formalaşdırılması istiqamətində işləri davam etdirir. 

Hazırda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə üzrə mövcud olan 111 Baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının bazasında monitorinqlər, maddi-texniki bazanın yaxşılaşdırılması və ixtisaslı kadrların cəlb edilməsi işləri həyata keçirilir. Həmin laboratoriyaların 31-i Bakı şəhərində, digərləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir.

Aparılan ilkin monitorinqlər və təkmilləşdirmə işləri nəticəsində onlardan 39-nun fəaliyyəti hazırda qənaətbəxş hesab olunub və onların bazasında Qida təhlükəsizliyi nəzarəti məntəqələri yaradılıb. Həmin məntəqələrin bazasında qalan digər baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının da maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təmin olunması, infrastruktur və digər zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd olunan təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra həmin məntəqələr də tam gücü ilə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, qida təhlükəsizliyi nəzarəti məntəqələrində kəsim üçün nəzərdə tutulan heyvanlara ilkin baxışdan başlayaraq bakterioloji müayinələrə qədər heyvanların kliniki baxışı, termometrik və orqanoleptik müayinəsi, habelə süd və süd məhsullarının, quşçuluq və arıçılıq məhsullarının müayinəsi aparılacaq.

64
Əlaqədar
Prezident baş verənləri şəxsi nəzarətə götürdü
Azərbaycanlılar xəsarət aldı, Sobyanin məsələni nəzarətə götürdü
Hər kəsin puluna vahid nəzarət: "Qırmızı xətti" keçənlərlə bağlı avtomatik qərar veriləcək
"Lotu Quli" bu sahəyə nəzarəti tam ələ keçirmək üzrədir