Xəstəxana

Cəlilabadda 41 yaşlı qadını ağır döyüblər

74
(Yenilənib 00:44 05.07.2018)
Hazırda döyülmə faktı araşdırılır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Cəlilabadda 41 yaşlı qadını döyüblər.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, döyülmə hadisəsi rayonun Maşlıq kəndində baş verib. Məlumatda bildirilir ki, 1977-ci il təvəllüdlü Maşlıq kənd sakini Mehparə Əmənova tanıdığı şəxs tərəfindən döyülüb.

M.Əmənova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda döyülmə faktı araşdırılır.

74
Teqlər:
xəstəxana, döyülmə, qadın, Cəlilabad