Dayanacaqda taksilər

Bakıda kütləvi taksi şoku yaşanıb, məsul qurum sərt tədbirlərə əl atacaq

701
(Yenilənib 18:29 04.07.2018)
Başqa vaxtlarda hər bir müştəri uğrunda yarışa girən şirkətlər şəhərdə gərginlik yaşandığı zaman "aradan çıxıb"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza bir çox qurumların fəaliyyətinə olduğu kimi, nəqliyyatın da iş qrafikinə təsirsiz ötüşmədi. Belə ki, paytaxt Bakıda elektrik enerjisi kəsildiyi üçün Bakı Metropoliteninin işində də problemlər yaranıb.

Hətta dünən axşam saatlarından bu gün günorta saatlarına kimi Bakı Metropoliteni öz qapılarını sərnişinlərin üzünə bağlayıb. Belə olan halda sərnişinlər dünən və bu gün çətinliklərlə üzləşiblər. Metro işləmədiyinə görə sərnişin çoxluğu yarandığından avtobuslar onları daşımağı çatdıra bilmir. Sərnişinlərin əlacı qalıb taksilərə.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev
© Sputnik / Murad Orujov
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev

Sərnişinlər tələsdikləri ünvana çatmaq üçün taksi şirkətlərinə zəng edərək taksi sifariş vermək istəyiblər. Ya taksi şirkətləri telefona cavab verməyib, ya da nömrələri məşğul göstərib. Bir sözlə, nəqliyyatın iflic hala düşdüyü zamanda, həmişə yüksək keyfiyyətdən danışan taksi şirkətləri qeybə çəkilib.

Bu durum paytaxt sakinlərinə şok effekti yaşadıb. Təsəvvür edin, başqa vaxtlarda hər bir müştəri uğrunda yarış agirən şirkətlər, şəhərdə gərginlik yaşandığı zamanda "aradam çıxıb". Baş verənlər barədə sərnişinlər sosial şəbəkələrdə də tənqidi paylaşımlar ediblər.

Sputnik Azərbaycan taksi şirkətlərinin keyfiyyətsiz xidmət göstərməsi ilə bağlı onların tabe olduğu Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edib. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, taksilərin belə keyfiyyətsiz xidmət göstərmələri barədə onlarda da məlumat var.

"Sifarişli taksi xidməti göstərən şirkətlərlə bağlı Bakı Nəqliyyat Agentliyinə gün ərzində xeyli sayda müraciət daxil olub. Bütün faktlar araşdırılacaq. Və bu cür xüsusi günlərdə qazanc güdən, vəziyyətdən sui-istifadə etməyə çalışan taksi şirkətlərinə, sürücülərə qarşı lazımi tədbir görüləcək" — deyə M.Ağayev vurğulayıb.

Qeyd edək ki, dünən ikinci dəfə ölkə üzrə elektrik enerjisinin verilişində problem yaranıb. Saatlarla paytaxt və bəzi rayonlara işıq olmayıb. Bununla bağlı dünən axşam saatlarından indiyədək Bakı metrosu fəaliyyətini dayandırıb.

701
Teqlər:
"Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, fəaliyyət, Bakı Metropoliteni, elektrik enerjisi, işıq, taksi, Bakı, şirkət, qəza
Əlaqədar
Xüsusi müştərilər üçün döyüşçülərin idarə etdiyi və cangüdənlərin qoruduğu taksi xidməti
Qadınlar taksidə öpüşdü, qalmaqal qopdu
Taksi sürücüsü Bakıda İsrail vətəndaşı olan turisti soyub
"Uçan su taksiləri" gəlir!
Taksi sürücüsü qadın müştərini ayağından tutaraq sürüyüb
Lənkəranda qeyri-adi qətl: Taksi sürücüsü qonşu rayonun sakinini evinə çatdırmadı
Bakıda yağan yağış

Bakının bu yollarında sürət həddi endirildi

7
(Yenilənib 10:53 30.11.2020)
Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib

BAKI, 30 noyabr — Sputnik. Bakıda qeyri-sabit hava şəraiti ilə bağlı əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib:

"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".

7
Teqlər:
sürət, yol, Yağış, Bakı
PPX avtomobili, arxiv şəkli

Masallı Astarada qaydaları pozan koronavirus xəstələri saxlanılıb

4
(Yenilənib 11:06 30.11.2020)
Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar.

BAKI, 30 noyabr — Sputnik. Astara və Masallıda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 3 şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Sputnik Azərbaycan-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Astara rayonunun Süparibağ kənd sakini N.Babayev və Pəlikeş kənd sakini V.Qüdrətov, Masallı rayonunun Mahmudavar kənd sakini B.Rəhimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.

4
Teqlər:
COVID-19, Koronavirus, Masallı, xəstə