Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

XİN balaca Zəhrannın öldürülməsinin ildönümü ilə bağlı bəyanat verib

34
(Yenilənib 16:32 04.07.2018)
Cəzasızlıqla üzləşən Ermənistan qarşısında bu kimi cinayətləri törətmək üçün mənəvi, siyasi və ya hüquqi məhdudiyyətlər yoxdur

BAKI, 4 iyul — Sputnik. "2017-ci ilin iyulun 4-də Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması baş verib.Bu faciəvi hadisənin ildönümü günü mərhumların ailələrinə, qızcığaz Quliyeva Zəhranın valideynlərinə dərin hüznlə baş sağlığı veririk".

Sputnik Azərbaycan xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2 yaşlı Zəhra Quliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsinin ildönümü münasibətilə verdiyi bəyanatda bildirib.

"Mərminin atəş trayektoriyası, Alxanlı kəndində legitim hərbi hədəflərin və ya hərbi zərurət doğuran hər hansı obyektin olmaması açıq şəkildə göstərir ki, Ermənistan silahlı qüvvələrinin məqsədi qəsdən və hədəflənmiş şəkildə mülki insanların öldürülməsi olmuşdur. Körpə uşağın və yaşlı qadının qəsdən öldürülməsi alçaqlıq, şərəfsizlik, və qorxaqlıqdır.

Keçən bu müddət ərzində Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən baş vermiş bu hərbi cinayətin araşdırılması istiqamətində hər hansı addım atılmamış, əksinə bu terror əməlinə bəraət qazandıran bəyanatlar səsləndirib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan ərazilərini işğalı nəticəsində Ermənistan tərəfindən çoxsalı hərbi cinayətlər, bəşəriyyət əleyhinə cinayət əməlləri, o cümlədən Xocalı soyqırımı törədilib. Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə konvensiyaları üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Bütün bunlar onu göstərir ki, Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanların hədəfə alınması və öldürülməsi təsadüfi və ya sıradan olan hallar olmayaraq, sistematik xarakter daşıyır və silahlı qüvvələrin təlim prosesinə daxil edilmiş dövlət siyasətidir.

Yaşyarımlıq Zəhra və nənəsi Sahibə Quliyevanın məzar daşları
© AR Ministry of Defense
Yaşyarımlıq Zəhra və nənəsi Sahibə Quliyevanın məzar daşları

Cəzasızlıqla üzləşən Ermənistan qarşısında bu kimi cinayətləri törətmək üçün mənəvi, siyasi və ya hüquqi məhdudiyyətlər yoxdur.

2016-cı ilin aprel hadisələri zamanı Ermənistan silahlı qüvvələri təmas xətti boyunca mülki insanları və obyektləri hədə alaraq eyni əməlləri törətməyə cəhd göstərdi. Lakin Azərbaycan silahlı qüvvələrinin qəti və peşəkar əks-həmlə tədbirləri nəticəsində layiqli cavabını aldı.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edır. Bu təhlükənin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmalıdır.

Yüksək döyüş qabiliyyətinə və mənəvi-əxlaqi dəyərlərə malik olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərinin müdafiəsi, mülki insanların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür" — deyə XİN rəsmisi əlavə edib.

34
Teqlər:
mülki əhali, Quliyeva Zəhra, Alxanlı, ölüm, qətl, atəş, XİN, bəyanat, erməni, Qarabağ
Qandal, arxiv şəkli

Gəncədə narkotik satan alan şəxslər saxlanılıblar

2
(Yenilənib 18:33 05.12.2020)
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

BAKI, 5 dekabr — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

2
Teqlər:
Gəncə, narkotik maddə, narkotacir, narkotik

Əsgərlərimiz hərbi parada hazırlaşırlar - VİDEO

34
(Yenilənib 18:03 05.12.2020)
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq

BAKI, 5 dekabr - Sputnik. Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

34
Teqlər:
video, hazırlıq, Müdafiə Nazirliyi, hərbi, parad