Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları

Xırdalan qəbiristanlığında baş verir Direktor danışdı

439
(Yenilənib 10:21 04.07.2018)
"Qəbiristanlıqdakı 7 şəhid məzarından 3-nün başdaşını külək sındırıb, dördünü də biz çıxarıb qoyduq ki, onları da külək uçurmasın"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Bir müddət əvvəl sosial şəbəkələrdə Xırdalan qəbiristanlığındakı, Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının məzarlarının acınacaqlı durumunu əks etdirən video yayılmışdı. Videoda məzarların baxımsız qalmasından, dağılmasından söhbət gedirdi.

Sputnik Azərbaycan məsələni araşdırıb. Məlum olub ki, Xırdalan məzarlığının ən hündür yerində, əfqanlar üçün ayrılmış xüsusi yerdə 25 məzar var. Onlardan 7-si 90-cı illərdə Qarabağ müharibəsində həlak olmuş şəxslərin məzarıdır. Həmin məzarlar ilk dəfə Əfqan Veteranları İctimai Birliyi (ƏVİB) tərəfindən qoyulub.

  • Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    © Sputnik / Irade JELIL
  • Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    © Sputnik / Irade JELIL
  • Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    © Sputnik / Irade JELIL
  • Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    © Sputnik / Irade JELIL
  • Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    © Sputnik / Irade JELIL
  • Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    © Sputnik / Irade JELIL
  • Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    © Sputnik / Irade JELIL
  • Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları
    © Sputnik / Irade JELIL
1 / 8
© Sputnik / Irade JELIL
Qarabağ müharibəsində şəhid olmuş Əfqanıstan vətəndaşlarının Xırdalan qəbiristanlığındakı məzarları

Xırdalan qəbiristanlığının direktor İsamil İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəbiristanlıqdakı 7 şəhid məzarından 3-nün başdaşını külək sındırıb: "Sonradan dördünü də biz çıxarıb qoyduq ki, onları da külək uçurmasın. Ola bilsin ki, qəbirlər düzəldilən zaman hansısa fəhlə tikinti materiallarından kəsib. Ona görə də məzarlar indiki vəziyyətə düşüb".

İ.İsayevin sözlərinə görə, məzarlar 3-4 ildir ki, bu vəziyyətdədir. Amma son günlər məlumatların yayılması aidiyyatı qurumların diqqətinə səbəb olub: "İdarəmiz tərəfindən də əraziyə baxış keçirilib. Yaxın günlərdə bütün məzarlar təmir ediləcək".

Müsahibimiz onu da qeyd edib ki, ərazi 90-cı illərin əvvəllərində əfqanların dəfn edilməsi üçün ayrılıb: "Orada 7 Qarabağ müharibəsi şəhidi ilə yanaşı 18 digər əfqan məzarları da var. Bu da həmin şəhidlərin qohum əqrəbalarının məzarlarıdır. Ola bilsin ki, o vaxt gəliblər, burada ailə həyatı qurublar, burada yaşayıblar, geri qayıtmayıblar. Dünyalarını dəyişdikdən sonra da bu ərazidə öz qohumlarını yaxınlığında dəfn ediliblər".

439
Teqlər:
Əfqanıstan vətəndaşları, Xırdalan qəbiristanlığı, başdaşı, Qarabağ müharibəsi, məzar, qəbir
Əlaqədar
Zakir Qaralov əmr verdi, iki uşaq anasının cəsədi qəbirdən çıxarıldı
Pişiyinə qəbir qazdı, özü düşdü...
Deputat: "Prezident cəsarətli addım ataraq o qəbirlərin açılmasına göstəriş verdi"
Bölgəmizdə qəribə bayram adəti: Axşamlar əllərində şam qəbiristanlıqda dolaşırlar
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutulub
Azərbaycanda tanınmış bəstəkar qəbirdən çıxarıldı
Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə prosess

Bakıda 14 erməni terrorçunun məhkəməsi başlayır

2
Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcək və cinayət işi məhkəmə baxışına təyin ediləcək.

BAKI, 16 iyun — Sputnik. Bu gün Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Sputnik Azərbaycan xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcək və cinayət işi məhkəmə baxışına təyin ediləcək.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Həmin birləşmələrin üzvləri 26-27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

DTX-nın aniterror əməliyyatı

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

2
 Pandemiya zamanı imtahan

DİM imtahanların vaxtını dəyişdi

111
(Yenilənib 10:53 16.06.2021)
İyulun 1-də keçiriləcək imtahanda sıxlığın yaşanmaması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən addım atılıb.

BAKI, 16 iyun — Sputnik. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

111