CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müvəqqəti sərinlik gəlir, amma cəhənnəm istisi yenə qayıdacaq...

© AFP 2023 / DENIS CHARLETУличный термометр, фото из архива
Уличный термометр, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Amma iyul ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində Azərbaycanda yenidən anomal istilərin olacağı gözlənilir

BAKI, 3 iyul — Sputnik. "İyul ayının 5-dən etibarən Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

O bildirib ki, iyulun 5-dən etibarən ölkə ərazisində havanın temperaturu günü-gündən aşağı enəcək: "Üç gün ərzində, yəni iyul ayının 8-dək arabir güclənən şimal-qərb və şimal küləyi üstünlük təşkil edəcək".

Amma iyul ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində Azərbaycanda yenidən anomal istilərin olacağı gözlənilir. Umayra Tağıyeva deyib ki, anomal istilərin müşahidə olunduğu günlər havada rütubətliliyin nisbətən yüksək olması istilik effektini kəskinləşdirən amildir: "İyul ayının növbəti günlərində də anomal istilərin olması ilə bağlı xəbərdarlıq insanların sağlamlıqlarını qoruması və diqqətli olmaları məqsədi daşıyır. Vətəndaşlarımız xüsusilə saat 10:00-dan 17:00-dək vacib olmadığı hallarda açıq havada qalmasınlar. Ən əsas isə uşaqları və yaşlı insanları anomal istilərdən qorumaq lazımdır, çünki onlar daha həssasdırlar, anomal istilər olan günlərdə o insanların ev şəraitində olmaları məsləhətdir".

Xəbər lenti
0