CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmi: Elektrik enerjisinin verilməsi Bakıda 100, regionlarda 80 faiz təmin edilib

© pixabay / succoЛинии электропередач. Архивное фото
Линии электропередач. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində bütün zəruri addımlar atılır və problemlər ən qısa vaxtda 100% aradan qaldırılacaq

BAKI, 3 iyul — Sputnik. "Gərgin əmək nəticəsində paytaxt Bakı 100%, Azərbaycanın regionları isə 80% elektrik enerjisi ilə təchiz olunub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

"Bakı Metropoliteni, xəstəxanalar, hərbi hissələr, su və kanalizasiya idarələri, başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub. "Azərenerji" ASC elektrik enerjisi ötürdükcə abunəçilər işıqla təmin ediləcək. İstehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində bütün zəruri addımlar atılır və problemlər ən qısa vaxtda 100% aradan qaldırılacaq" — deyə o qeyd edib.

Xəbər lenti
0