CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan qaranlığa qərq oldu

© Sputnik / Anar MustafayevЖилые дома в Хатаинском районе Баку, фото из архива
Жилые дома в Хатаинском районе Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bölgə müxbirləri xəbər verir ki, Aran, Cənub və Qərb zonasında da işıq yoxdur

BAKI, 3 iyul — Sputnik. Azərbaycanın böyük bir hissəsi qaranlığa qərq olub. 

Sputnik Azərbaycan xəbər verir ki, başda paytaxt Bakı olmaqla ölkənin bir çox yerlərində eyni anda işıqlar sönüb. Bölgə müxbirləri xəbər verir ki, Aran, Cənub və Qərb zonasında da işıq yoxdur. 

Yoxlanılmamış məlumatlara görə, Mingəçevir Qresdə qəza baş verib.

"Azərişiq" ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb.

Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti
0