Avtovağzal

Avtovağzal Kompleksində yeni sistem yaradılır, hamımız bəhrələnəcəyik

213
(Yenilənib 18:50 02.07.2018)
“Əsas məqsəd sıxlığın aradan qaldırılmasıdır"

BAKI, 2 iyul — Sputnik. "Bakı Beynəlxalq Avtovağzal Kompleksində perronlar yaradılacaq".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, bu işlər "Avtomobil Nəqliyyatı — Yeni Tənzimləmə Konsepsiyası" çərçivəsində həyata keçiriləcək.

"Hazırda avtovağzalda piyada axını ilə nəqliyyat axını üst-üstə düşür. Bu, həddindən artıq təhlükəli vəziyyətdir. Orada həm şəhərlərarası, həm də Sumqayıt istiqamətində hərəkət edən avtobuslar üçün perronlar yaradılaraq ki, hər bir axının ayrıca istiqaməti olsun, sərnişinlər yerüstü piyada keçidindən istifadə etməyə ehtiyac duymasın. Əsas məqsəd sıxlığın aradan qaldırılmasıdır" — deyə o, qeyd edib.

213
Teqlər:
"Avtomobil Nəqliyyatı - Yeni Tənzimləmə Konsepsiyası", Şarl Perron, Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Nuridə Allahyarova