FHN yanğınsöndürən

Bakıda məşhur ticarət məkəzində yanğın olub

219
(Yenilənib 18:39 02.07.2018)
Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub

BAKI, 2 iyul — Sputnik. “AF mall” Ticarət Mərkəzində yanğın baş verib.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli binanın zirzəmisində (“AF mall” Ticarət Mərkəzi kimi tanınır) 2 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

219
Teqlər:
elektrik kabeli, AF mall” Ticarət Mərkəzi, Nəsimi rayonu, təxliyyə, yanğın