Azərbaycan prezidenti İlham Əliyev

Prezidentdən hamını narahat edən yolla bağlı sərəncam

1014
(Yenilənib 18:12 02.07.2018)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,1 milyon manat ayrılıb

BAKI, 2 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

1014
Teqlər:
vəsait, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, sərəncam, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, Azərbaycan prezidenti İlham Əliyev