Həkim. Stetoskop

Şəkidə həkimi yerində öldürdülər

514
(Yenilənib 17:32 02.07.2018)
Görülmüş tədbirlərlə Şahin Mirzəyev saxlanılıb

BAKI, 2 iyul — Sputnik. Şəkidə təcili tibbi yardım stansiyasının həkimi qətlə yetirilib.

DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 30-da Şəki rayon Mərkəzi Xəstəxanasından daxil olmuş məlumatda şəhər sakini Ələsgər Teymurovun həkim işlədiyi təcili tibbi yardım stansiyasının həyətində ölməsi və baş nahiyəsində xəsarətinin olması bildirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Teymurovun həmin gün yaşadığı evin qarşısında qonşusu Şahin Mirzəyevlə mübahisə etməsi və bu zaman Ş.Mirzəyevin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Şahin Mirzəyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

514
Teqlər:
küt alət, Təcili Tibbi Yardım, qətl, Şəki, xəsarət