Səyyar ASAN xidmət avtobusu

On iki rayonun sakinlərinə xoş xəbər

541
(Yenilənib 13:51 02.07.2018)
Vətəndaşlara səyyar formada xidmət göstəriləcək

BAKI, 2 iyul — Sputnik. Səyyar ASAN xidmət 4 iyun – 3 iyul Qaxda, 19 iyun – 3 iyul Daşkəsən və Tərtərdə, 19 iyun – 7 iyul Lerikdə, 25 iyun – 4 iyul Hökməli qəsəbəsində, 27 iyun – 26 iyul Kürdəmir və Lənkəranda, 2 – 31 iyul Şəki və Qusarda, 4 – 18 iyul Pirallahıda, 6 – 30 iyul Şamaxıda, 7 – 31 iyul tarixlərində isə Gədəbəy və Yevlaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Sputnik Azərbaycan "ASAN Xidmət"in mətbuat xidmətinə istinadən xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

541
Teqlər:
pasport, Azərbaycan Respublikası, rayon, Səyyar ASAN xidmət
Əlaqədar
Səyyar "ASAN xidmət" bu regionlarda olacaq
"ASAN xidmət"dən daha bir xidmət
Ekspert: “ASAN xidmət” əlilliyi müəyyən edə bilməz”
Milli Məclisdən “ASAN xidmət”lə bağlı gözlənilməz təklif
“ASAN xidmət”ə getmək istəyənlərə pis xəbər
"ASAN xidmət" ayağınıza gəlir