BŞİH

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi

304
(Yenilənib 19:44 30.06.2018)
İran bankı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

BAKI, 30 iyun — Sputnik. “Bank Melli İran”ın Bakı filialı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

“Report”un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank vurulmuş maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

İddia ərizəsində üçüncü şəxslər qismində Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyi göstərilib.

Məhkəmə iddia tələbini təmin etməyib. Qərardan narazı qalan “Bank Melli İran”ın Bakı filialı və Azərbaycan Maliyyə Nazirliyi apellyasiya şikayəti veriblər.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

304
Əlaqədar
Fransızı öldürən azərbaycanlılar məhkəmə qarşısında
Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri məhkəmə qarşısına çıxarıldı
Keçmiş prezidentlər məhkəmə qarşısında
Məhkəmə son mərhələdə: Netanyahunu nə gözləyir?