Bağlanmış yol, arxiv şəkli

Daha bir yolda hərəkət məhdud olacaq

142
(Yenilənib 14:14 30.06.2018)
Bakı-Quba yolunda təmir işləri ilə bağlı hərəkət qismən məhdudlaşdırılacaq

BAKI, 30 iyun — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Saray postundan Sumqayıt şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

"Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur" — məlumatda bildirilir.

142
Əlaqədar
Tarixçi: “Azərbaycan Ordusu şərəfli yol keçib”
Diqqət: Bu yol bağlanacaq
Ağır yol qəzası baş verdi, səhiyyə işçiləri xəsarət aldı
Yol polislərinə "daha çox yaz, daha çox qazan" imkanı və 5 min manatadək aylıq qazanc
Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edir