BAKI, 29 iyun — Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Vəli Novruzovun Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilməsi haqqında fərman imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vəli Zihralı oğlu Novruzov Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilsin".
Qeyd edək ki, Vəli Novruzov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.