Damla

Damla öz fanatlarına sürpriz hazırlayır

67
(Yenilənib 02:09 29.06.2018)
Məşhur müğənni Yaşıl teatrdakı konsertində köhnə və yeni mahnılarını təqdim edəcək

BAKI, 29 iyun — Sputnik. Daha çox Damla təxəllüsü ilə məşhur olan azərbaycanlı müğənni Məsumə Məmmədova iyulun 9-u Yaşıl teatrda solo konsertlə çıxış edəcək.

Müğənni Sputnik Azərbaycan-a bildirib ki, o, öz dinləyicilərı qarşısına həm köhnə, həm də yeni mahnılarının daxil olduğu tamamilə yeni konsert proqramı ilə çıxacaq. Bundan əlavə, tamaşaçıları bir neçə sürpriz də gözləyir, lakin ifaçı hələlik onları açıqlamaq istəmir.

"Bakıdan sonra Sumqayıtda, daha sonra Lənkəran, Qusar, Mingəçevir və digər regionlarda çıxış etmək niyyətindəyəm. Bütün konsertlər bir-birindən fərqlənəcək. Öz tamaşaçılarımı gözləyəcəm" — deyə Damla qeyd edib. 

Damla – Azərbaycanda ən məşhur toy ifaçılarından biridir. Müğənni ölkədən kənarda, xüsusilə də Rusiyada olduqca məşhurdur. Onu tez-tez bu ölkəyə mərasimlərdə iştirak etməyə dəvət edirlər. Hazırda o yeni mahnılar üzərində işləyir və Bakıda verəcəyi konsertə hazırlaşır

 

67
Teqlər:
Damla, sürpriz, müğənni, konsert, açıqlama