Həbsxana

Keçmiş nazirin əmisi oğlunun həbs müddəti uzadıldı

53
(Yenilənib 23:01 28.06.2018)
Vüqar Mahmudov faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib

BAKI, 28 iyun — Sputnik. Bakı Hərbi Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan həbs qətimkan tədbirinin uzadılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, prosesdə istintaq orqanının təqdimatı üzrə qərar elan edilib. Qərara əsasən, Vüqar Mahmudovun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Vüqar Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləyib və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib.

Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub.

53
Teqlər:
əmi oğlu, Bakı Hərbi Məhkəməsi, Eldar Mahmudov, Cinayət Məcəlləsi, həbs
Qəlyan, arxiv şəkli

Hətta Afrika, ərəb ölkələri ondan imtina edir, Azərbaycanda isə...

0
(Yenilənib 16:58 30.05.2020)
"Qəlyandan istifadə xəstəliyin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Bu isə insanları n səhhəti üçün ciddi risk doğurur" - Eyyub Hüseynov

Nigar Isgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 may — Sputnik. Bütün dünyada koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə müxtəlif profilaktik tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də kafe və restoranlarda qəlyandan istifadənin qadağan olunmasıdır. Azərbaycanda da bənzər addımlar atılır.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 12 martda yaydığı məlumatda bildirilir ki, koronavirus (COVİD - 19) infeksiyasının tənəffüs damcıları, yəni birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.

Lakin görünən budur ki, bəzi işbazlar tərəfindən göstərişlərə əməl edilmir. Belə ki, bir neçə gün öncə Bakı Şəhər Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə reydlər aparılıb.

Lakin qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmaya səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşlarımızın sağlamlığından daha üstün tutulduğundan reydlər zamanı yeni pozuntular aşkarlanıb.

Belə ki, neqativ hallar Səbail rayonu, İçərişəhərdəki “Museum İnn” otelinin kafesində, Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 11 ünvanındakı “Pafos” Karaoke Sinema Klubda, Cavadxan küçəsindəki “Korona” kafesində, Nəsimi rayonundakı “Badam” çay evində, Sabunçu rayonunda “MM” çay evində, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Çardaq” kafesində aşkar edilib.

Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib.

Əksər kafe və restoranlar qəlyan borularını dəyişmədiyi üçün insanların həyatlarını riskə atırlar. I stehlakçıların hüququ nədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəlyandan istifadənin yarada biləcəyi təhlükədən söz açıb: “Siqaretdən uzaqlaşmaq üçün qəlyan çəkmək özünü aldatmaqdan başqa bir şey deyil.

Bundan başqa, qəlyandan istifadə xəstəliyin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Bu isə insanların səhhəti üçün ciddi risk doğurur".

"Qəlyan çəkənlər boruya  taxılan başlıqlarındəyişdiyi deyirlər. Amma kim zəmanət verə bilər ki, bu borular vasitəsi ilə xəstəlik keçməyəcək? Çünki b aşlıqlar dəyişdirilsə də, nəfəsdəki bakteriyalar boruya keçərək müxtəlif xəstəliklər yarada bilər" - Hüseynov bildirib.

Qanundan sitat gətirən birlik sədri deyir ki, “İstehlakçıların hüquqlarının qorunması haqqında” Qanunda istehlakçının çoxsaylı məhsullar və xidmətlərdən istifadə etmək, dəyişdirmək, o cümlədən də onj təkmilləşdirmək üçün xidmət göstərənə tələb qoymaq hüququ var: "Istehlakçı qəlyan çəkəndə yalnız  başlığı deyil, o cümlədən də  borunun da dəyişdirilməsin i tələb edə bilər”.

Hələlik ki, Azərbaycanda qəlyandan istifadə davam  etdirilsə də, bu gün bir çox ölkələr artıq ondan  imtina edib. Dünyada koronavirusun arealın genişlənməsi ilə əlaqədar olaraq Birləşmiş Ərəb Əmirliklərində bütün restoran və kafelərdə qəlyandan imtina edilib. Şərqi Afrika, xüsusən də Keniya kimi ölkələrdə isə qəlyan 2017-ci ildən bəri qadağandır.

0
Bakıda polis əməkdaşı, arxiv şəkli

Əvvəllər belə şeyə görə tərifləyərdilər, indi həbs edirlər

6
(Yenilənib 16:54 30.05.2020)
Aparılan müvafiq araşdırmalardan sonra qısamüddətli tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

BAKI, 30 may - Sputnik. Dünən saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fleşmob keçirilməsinə cəhd edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan bu cəhdin qarşısı Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən alınıb, tamaşaçı qismində oraya toplaşmış insanlar ərazidən uzaqlaşdırılıb və əhalinin sərbəst hərəkəti təmin olunub.

Aparılan müvafiq araşdırmalardan sonra qısamüddətli tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, oraya toplaşmaqla xüsusi karantin rejiminin tələblərini pozan 50 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən müvafiq tədbirlər görülüb.

“Bir daha bildiririk ki, pandemiya dövründə COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, hazırkı vəziyyətdə hər kəs şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməlidir. Nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə olunmalı, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsi saxlanılmalıdır”.

6