CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə sədri məcburi köçkünün vəziyyəti ilə maraqlandı

© Sputnik / Musa MuradlıVəfa Məmmədrəhimova qızı ilə
Vəfa Məmmədrəhimova qızı ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məsələni nəzarətdə saxlayır.

BAKI, 26 iyun — Sputnik. Sputnik Azərbaycan ötən günlərdə Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan, ailə başçısı olmayan tək qadın, üç uşaq anası Vəfa Məmmədrəhimova şikayəti haqqında yazmışdı. V. Məmmədrəhimovanın sözlərinə görə, Ağdam rayonundan məcburi köçkün düşüb və sonradan Bərdə şəhər sakini ilə ailə həyatı qurub. Üç uşaqdan sonra həyat yoldaşı onları tərk edib.

Qardaşlarının köməyi ilə evinin divarlarını tikib başa gətirsə də, üstünü örtməyə, heç olmasa bir otağını hazırlayıb içinə yığışmağa imkanı yoxdur. Digər tərəfdən də evinə gedən yol zəbt edilib. Əvvəllər həyətlərinə gələn yol açıq olsa da, yeni qonşusu onlara gələn yolu aldığı həyətə qatıb, gediş-gəliş zolağını tamam bağlayıb. 

Sosialist əməyi qəhrəmanı Şərqiyyə Vəliyeva - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bir ananın hekayəsi: “Sosialist Əməyi Qəhrəmanı”, 11 övlad, qaçqınlıq və üç oğul dağı...

Məsələ Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb. Komitənin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sədr Rövşən Rzayevin tapşırığına əsasən, Dövlət Komitəsinin Bərdə rayonu üzrə nümayəndəsi məqalədə göstərilən ünvandakı vəziyyətlə yerində tanış olub, şikayətçi — Ağdam rayonundan məcburi köçkün Vəfa Məmmədrəhimova ilə görüşüb.

Araşdırma zamanı məlum olub ki, Vəfa Məmmədrəhimova Bərdə rayonu, Meşəçilik qəsəbəsi adlanan ərazidə müvəqqəti məskunlaşıb. Bərdə rayon sakini ilə ailə həyatı qurub, üç övladı var, sonralar boşansa da, keçmiş həyat yoldaşı hazırda da onlarla yaşayır və maddi baxımdan ailəsinə köməklik göstərir.

Vəfa Məmmədrəhimova dövlət tərəfindən müəyyənləşdirilmiş 160 manat məbləğində ünvanlı sosial yardım alır. Kirayədə yaşadığı evin arxa tərəfində, özünəməxsus torpaq sahəsində 3 otaqdan ibarət birmərtəbəli evin tikintisi tamamlanmaq üzrədir. Komitənin əməkdaşı, məqalədə göstərildiyindən fərqli olaraq, həyətin çirkab suları ilə dolduğunu müşahidə etməyib.Buna baxmayaraq, Bərdə Su-Kanal İdarəsinin rəisi ilə əlaqə saxlayaraq,Vəfa Məmmədrəhimovanın həyətinə idarənin mütəxəssisləri tərəfindən baxış keçirilməsini xahiş edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məsələni nəzarətdə saxlayır.

Xəbər lenti
0