Здание Министерства внутренних дел Азербайджанской Республики

Daxili İşlər Nazirliyi elan verdi

785
(Yenilənib 17:46 25.06.2018)
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq

BAKI, 25 iyun — Sputnik. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Respublikanın Şəki və İmişli "ASAN xidmət" mərkəzlərində ümumilikdə 36 (Şəki "ASAN xidmət" mərkəzi 18, İmişli "ASAN xidmət" mərkəzi 18) vakant yer tutmaq məqsədi ilə keçirilən müsabiqədə orta, xüsusi orta və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Şəki, Oğuz, Qax, İmişli, Saatlı və Beyləqan rayonlarında daimi qeydiyyatda olan qadın vətəndaşlar iştirak edə bilərlər. 

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompyuterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Məlumata görə, müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.

Xidmətə qəbul olunmaq istəyən şəxslər 2018-ci ilin iyun ayının 27-dən iyul ayının 27-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri R.Behbudov küçəsi 130-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

— Şəxsiyyət vəsiqəsi

— Təhsil haqqında sənədin əsli

— əmək kitabçası (olanlar üçün)

785
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Koronavirusun daha bir qeyri-adi simptomu üzə çıxıb

8
(Yenilənib 20:30 08.08.2020)
Davamlı hıçqırıq koronavirusun simptomu ola bilər. Bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunmuş hesabatda bildirilir.

BAKI, 8 avqust — Sputnik. Davamlı hıçqırıq koronavirusun simptomu ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunmuş hesabatda bildirilir.

Həkimlər şəkərli diabet, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkən 62 yaşlı Çikaqo sakininin xəstəliyinin gedişini açıqlayıblar. Aprel ayında o, dörd gün davam edən hıçqırığa görə həkimlərə müraciət edib. 

Xəstədə koronavirusun əsas simptomları sayılan öskürək, qızdırma, burnun tutulması, boğaz ağrısı və təngnəfəslik olmayıb.

Müayinə zamanı pasiyentin hərarətinin 37,3 dərəcə olduğu məlum olub, COVID-19 testi isə pozitiv çıxıb. Döş qəfəsinin rentgeni ağciyərlərdə kiçik qaralmaların olduğunu göstərib. Bundan sonra kişini koronaviruslu xəstələr şöbəsinə göndəriblər və onun halı orada pisləşib.

Daha sonra çikaqolunu koronavirusa qarşı effektiv dərman sayılan malyariya əleyhinə hidroksixlorin preparatı ilə müalicə ediblər. Bir müddət sonra ÜST bu dərmanın koronavirusa qarşı effektsiz olduğunu etiraf edib. Lakin üç gündən sonra kişinin vəziyyəti sabitləşib və onu xəstəxanadan evə buraxıblar.

"Bildiyimiz qədər, bu, tibbi ədəbiyyatda COVID-19 xəstəsi olan şəxsin davamlı hıçqırıqdan şikayət etməsinə dair ilk hesabatdır", - məqalədə bildirilir. Həkimlər həmkarlarını davamlı hıçqırıqdan şikayət edən digər pasiyentlərə də çox diqqətlə yanaşmağa çağırıblar və qeyd ediblər ki, koronavirusa yoluxma getdikcə daha çox atipik simptomlarla üzə çıxır.

8
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Azərbaycanda COVID-19-a yoluxanların sayı xeyli azaldı
Vəssalam! Koronavirusun dərmanına patent aldılar
Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar
Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı
COVID-19-dan ölüm riskini artıran gözlənilməz amil açıqlanıb
Həbsxana, arxiv şəkli

Həbsə alternativlər: kimlərin cəzası yumşaldılıb?

10
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1.222, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilənlərin sayı isə 425 nəfər təşkil edir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. "Ölkə Prezidentinin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz real bəhrəsini verir, artıq azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilərək onların səmərəli icrası təmin edilir. Cəzaların icrası sahəsində həyata keçirilən islahatlar insanların azadlıq hüququnun qorunmasına və məhkum olunan şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə və sosial adaptasiyasına xidmət edir. Son illər azadlıqdan məhrumetməyə alternativ cəzaların daha geniş tətbiq olunması nəticəsində Ədliyyə Nazirliyi Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin 6 ayı ərzində 19 188 nəfər olub".

Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, onlardan 4.980 azadlığın məhdudlaşdırılması, 6.217 cərimə, islah və ictimai işlər, 2.566 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən, 2.481 şərti məhkum edilən və 157 nəfər cəza çəkməsi təxirə salınan şəxslərdir. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1.222, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilənlərin sayı isə 425 nəfər təşkil edir.

"Həmçinin, ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş 705 nəfər, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş 435 nəfər probasiya nəzarətindədir. Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq bu dövrdə 5.045 şəxs cəza müddətinin başa çatması ilə əlaqədar və digər qanuni əsaslarla probasiya qeydiyyatından çıxarılıb. Onlardan cəza çəkməkdən boyun qaçıran 319 nəfərin cəzası isə məhkəmələr tərəfindən daha ağır cəza növü, o cümlədən 113 nəfərin cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub", - deyə nazirlikdən verilən məlumatda bildirilib.

10
Əlaqədar
Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - Ədliyyə Nazirliyi
DTX dövlətə xəyanət edən ər-arvadı həbs edib
Beş minə yaxın məhkuma elektron nəzarət vasitələri tətbiq edilib
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Trampın müşavirləri təşvişdə: yeni müharibədən qorxurlar

0
(Yenilənib 20:42 08.08.2020)
“Əvvəllər biz ancaq Kim Çen Inı gözlənilməz qərarlar verən biri kimi təsəvvür edirdik, indi isə çözə bilmədiyimiz adam Trampdır”

BAKI, 8 avqust — Sputnik. Vaşinqtonun İran və KXDR ilə münaqişəsi fonunda müşavirləri Donald Trampa hərbi tövsiyələr verməkdən çəkinirlər. Onlar qorxurlar ki, ABŞ lideri ölkəni müharibəyə sürükləyə bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatında qeyd olunur ki, prezidentin məsləhətçiləri yuxarıda adı çəkilən ölkələrdəki həmkarlarına qəsdən Trampın növbəti addımları barədə məlumatları olmadıqlarını deyiblər.

“Əvvəllər biz ancaq Kim Çen Inı [KXDR lideri] gözlənilməz qərarlar verən biri kimi təsəvvür edirdik, indi isə çözə bilmədiyimiz adam Trampdır”, - 2018-ci ilədək ABŞ Prezidentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi olan Cozef Yun deyib.

Ağ Evin yüksək rütbəli məmurunun sözlərinə görə, bilavasitə Şimali Koreya ilə əlaqədar “məhz prezident hər addımda eskalasiya əvəzinə diplomatiyanı dəstəkləyib”. O qeyd edib ki, Trampla Kimin görüşü tarixi addım idi.

2019-cu ildə Fars körfəzindəki insidentə görə prezident və komandası İrana qarşı hərbi variantları götür-qoy edərkən Pentaqonun yüksək rütbəli məmurları ABŞ-ın bölgədəki partnyrları və Tehrana açıq-aydın bildiriblər ki, Trampın hansı addım atacağından və ümumiyyətlə nəsə tədbir görməyə hazırlaşdığından bixəbərdirlər.

 

0
Əlaqədar
ABŞ prezidentlərini düzgün "tapan" professor Tramp haqda proqnoz verdi
Donald Tramp bunu "TikTok"-dan heç gözləmirdi
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
Trampdan tarixi etiraf: ABŞ-ın ən böyük səhvini açıqladı
Tramp Çin şirkətindən “dolya” istəyir