CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On illərlə sürən qadağa götürüldü və buna sevinən qadınlar oldu

© REUTERS / Hamad I MohammedSəudiyyə Ərəbistanlı qadın sükan arxasında
Səudiyyə Ərəbistanlı qadın sükan arxasında - Sputnik Azərbaycan
Abunə olmaq
İhbariyyə və Əl Arabiya televiziya kanallarında bu gündən avtomobil sürməyə başlayan qadınların görüntüləri yer alıb

BAKI, 25 iyun — Sputnik. Səudiyyə Ərəbistanında dünəndən etibarən qadınlar avtomobil idarə edə bilirlər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkədə dini baxımdan tətbiq olunan və on illərdir davam edən qadağadan sonra qadınlara avtomobil sürmə icazəsi qüvvəyə minib.

İhbariyyə və Əl Arabiya televiziya kanallarında dünəndən avtomobil sürməyə başlayan qadınların görüntüləri yer alıb.

Səudiyyə Ərəbistan kralı Səlman bin Abdüləzizin ötən il sentyabrın 26-da imzaladığı qərara görə, qadınlar sürücülük vəsiqəsi alaraq iyunun 24-dən avtomobil idarə edə bilərlər. Səudiyyə Ərəbistanın 2030-cu il üçün qadınların iş həyatına qatılma səviyyəsini 22 faizdən 30 faizə qaldırmağı planlaşdırır.

Ölkədə "qadınların avtomobil idarəetməsinə icazə verən qanun çıxarılsın" tələbi ilə 1990, 2011, 2013, 2014, 2015-ci illərdə çoxlu sayda kampaniyalar həyata keçirilib.

Xəbər lenti
0