Bıçaq, arxiv şəkli

Hacıqabulda gənc xalası qızının boğazını kəsdi

183
(Yenilənib 13:23 24.06.2018)
Hadisənin qısqanclıq üstündə törədildiyi ehtimal olunur

BAKI, 24 iyun — Sputnik. Hacıqabulda dəhşətli qətl hadisəsi törədilib. 

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə gecə saatlarında Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınınb. Hacıqabul sakini, 1994-cü il təvəllüdlü İsmayılzadə Ayəddin Elman oğlu  xalası qızı — Hacıqabul sakini 1994-cü il təvəllüdlü Məlikli Rəvanə Məlikağa qızının boğazının kəsərək qətlə yetirib.

Məlumata görə, R.Məlikli Muğan qəsəbəsində nənəsi ilə yaşayıb. Evə daxil olan A.İsmayılzadə xalası qızının boğazının şah damarını kəsərək, bıçağı onun sinəsinə sancıb.

A.İsmayılzadə daha sonra Hacıqabul rayon Polis Şöbəsinə gələrək təslim olub.  

Hadisənin qısqanclıq üstündə törədildiyi ehtimal olunur. Hazırda qətlə yetirilən qadının meyiti müayinə olunmaq üçün Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə gətirilib.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

183
Teqlər:
boğaz, qısqanclıq, qətl, Hacıqabul
Şenol Günəş, arxiv şəkli

Günəş Türkiyə millisinin AVRO-2020-də uğursuz çıxışına görə üzr istəyib

3
Baş məşqçi bildirib ki, Avropa çempionatının açılış oyununda İtaliya komandasına böyük hesabla məğlubiyyət türk futbolçularına pis təsir edib.

 

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandasının Avropa çempionatndakı çıxışına görə üzr istəyib.

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Biz komanda daxilində fəlsəfəni dəyişməli, ona qalib ruhunu aşılamalıyıq. İlk iki oyunda bizdə bu qətiyyən hiss olunmurdu. Mən bizə qarşı deyilən bütün tənqidlərə hörmətlə yanaşıram, oyunçularımız da özlərindən narazıdırlar. Həyatda hər zaman istədiyiniz kimi olmur. Əminəm ki, futbolçularımız bu vəziyyətdən çıxacaq və yeni oyuna hazır olacaqlar. Biz bura yaxşılardan biri olmaq üçün gəldik, lakin bunu edə bilmədik. Sözsüz ki, biz məyusuq və bizə azarkeşlik etmiş hər bir kəsdən üzr istəyirik", – deyə Günəş mətbuat konfransında bildirib.

Xatıqladaq ki, ilk turda Türkiyə millisi İtaliya komandasına (0:3), ikinci turda isə Uels komandasına məğlub olub (0:2).

"Romadakı ilk oyunun pis təəssüratları bizə çox təsir etdi. Biz həm oyunda,həm də nəticədə özümüzə inamı itirdik. Meydanda gördüklərimiz bizi həvəsdən saldı. Uels yığması ilə oyunun birinci hissəsində də eyni şey oldu. Biz iki oyundan sonra belə bir vəziyyətə düşəcəyimizi təsəvvürümüzə də gətirməzdik. Biz Türkiyədə insanların bizə nə qədər etimad etdiyini bilirik, lakin onların gözləntilərini doğrulda bilmədik", - deyə baş məşqçi bildirib.

3
Игровой момент матча ЕВРО-2020 между сборными Венгрии и Франции

Fransa yığması AVRO-2020-nin oyununda Macarıstan komandası ilə heç-heçə edib

4
(Yenilənib 19:18 19.06.2021)
Budapeşt şəhərində keçirilmiş qarşılaşma hələlik Avropa çempionatında ən çox azarkeşin izlədiyi görüş olub.

Futbol üzrə Fransa yığması Avropa çempionatının qrup görüşündə Macarıstan millisi ilə heç-heçə oynayıb.

F qrupunda ikinci tur qarşılaşması Budapeştdə keçirilib və 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərində qolu birinci hissəyə əlavə olunmuş vaxtda Attila Fiola vurub. Fransızların cavab topunu 66-cı dəqiqədə Antuan Qrizmann vurub. Oyunu 55 998 azarkeş izləyib, bu AVRO-2020-nin hələlik ən çox azarkeş tərəfindən izlənilən oyunudur.

Oyunun birinci hissəsində Macarıstan yığmasının oyunçusu Adam Soloi isti vurmasından əvəz olunub.

Birinci turda Fransa yığması Almaniyaya qalib gəlib - 1:0, Macarıstan isə Portuqaliya komandasına məğlub olub - 0:3. Almaniya və Portuqaliya yığmalarının oyunu bu gün Münhendə keçiriləcək.

Üçüncü turda Fransa Budapeştdə Portuqaliya ilə, Macarıstan isə Münhendə Almaniya ilə qarşılaşacaq. Oyunlar iyunun 23-də baş tutacaq.

4