CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstirahət günü dincəlmək istəyənlər mütləq oxusunlar

© Sputnik / Murad OrujovБакинский приморский бульвар
Бакинский приморский бульвар - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq

BAKI, 23 iyun — Sputnik. İyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə  20-23° isti, gündüz  30-35° isti, Bakıda  gecə  21-23° isti, gündüz  32-34° isti olacaq.

Atmosfer təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 70-80 %, gündüz 35-45 % olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda  gecə  11-16° isti, gündüz  20-25° isti təşkil edəcək.

Xəbər lenti
0