İntihar kəndiri, arxiv şəkli

Bakının mərkəzində gənc oğlan intihar etdi

404
(Yenilənib 11:19 23.06.2018)
Özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb

BAKI, 23 iyun — Sputnik. Bakıda intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan lent.az-a istinadla xəbər verir ki, Səbail rayonu Salyan yolu dalan 5, ev 18-də yaşayan 1998-ci il təvəllüdlü Əzizov Emil Əlixan oğlu yaşadığı mənzildə özünü asaraq intihar edib. Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

404
Teqlər:
Səbail, intihar, Bakı, cinayət işi