CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maştağada qanlı gecə: Qarətçilər bir nəfəri öldürdülər, bir nəfəri yaraladılar

CC0 / charlemagne / knifeУдар ножом в сердце, фото из архива
Удар ножом в сердце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəni törədən şəxslər pulu götürərək qaçıblar

BAKI, 21 iyun — Sputnik. Bakının Sabunçu rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən qarət hadisəsi baş verib. Maştağa qəsəbəsində baş verən olay zamanı bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə 1996-cı il təvəllüdlü Vüqar adlı şəxs "Araz" marketin qarşısındakı bankomatdan pul çıxardan zaman baş verib.

Vüqarın anasının sözlərinə görə, oğlu, 1997-ci il təvəllüdlü dostu Səlimov Kənan Nəsimi oğlu ilə birgə bankomatdan pul çıxardıb evə getmək istəyən zaman, onları naməlum şəxslər arxadan bıçaqlayıblar. Pul Vüqarda olduğundan ona daha çox bıçaq zərbəsi vurulub və o, yerindəcə keçinib.

Hadisəni törədən şəxslər pulu götürərək qaçıblar. Əraziyə Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0