Türkiyə hərbi qulluqçularının Azərbaycana səfəri

Türkiyə hərbçiləri Bakıda - VİDEO

200
(Yenilənib 20:10 20.06.2018)
Hərbçilər Silahlı Qüvvələrin 100 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak edəcəklər

BAKI, 20 iyun — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin 100 nəfərədək hərbi qulluqçusu Azərbaycana gəlib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məqsəd Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak etməkdir. 

200
Teqlər:
Azərbaycan Silahlı Qüvvələri, Müdafiə Nazirliyi, əsgər, Türkiyə Silahlı Qüvvələri
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

7
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

7

Təhsil şöbəsinin müdiri iki gündür xəstəxanadadır

40
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 11 avqust - Sputnik. Tərtər RTŞ-nin müdiri Yaşar Məhərrəmov iki gün öncə kəskin ürək çatışmazlığı ilə bağlı xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Yaşar Məhərrəmovun sağlamlıq durumu hazırda kafidir.

Onu da qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib. Ona qədər Tərtər rayon Sarıcalı kənd orta məktəbində direktor işləyib.

Rayon sakinlərinin bildirdiyinə görə, Yaşar Məhərrəmov fəaliyyətə başlayandan sonra Tərtər rayon təhsilində rüşvət kimi neqativ hallar aradan qaldırılıb.

40