Qanlı bıçaq

Ağsu sakini namaz qılan arvadına qıydı, 7 bıçaq zərbəsi vurdu

658
(Yenilənib 22:33 19.06.2018)
Kişi arvadını öldürmək üçün ona kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib

BAKI, 19 iyun — Sputnik. Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu gün axşam saatlarında rayonun Qaraqaşlı kənd sakini, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızı həyat yoldaşı tərəfindən bıçaqlandığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. O, çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır.

Məlumata görə, kişi arvadını öldürmək üçün ona kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib. Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan qəflətən ona hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxsin  tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

658
Teqlər:
xəstəxana, namaz, həyat yoldaşı, qadın, bıçaqlama, Ağsu rayonu
Bülənt Ərsoy, arxiv şəkli

Bülent Ersoyun "yaxşılığını" başına çırpdılar

5
(Yenilənib 20:24 30.11.2020)
Bülent Ersoyun açıqlamasından qısa müddət sonra vəqfdən cavab gəlib. "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi" B.Ersoya rədd cavabını verib

BAKI, 30 noyabr — Sputnik. Türk musiqisinin divası adlandırılan Bülent Ersoy ötən həftə hər biri 40 min TL dəyərində olan iki ədəd bəyaz tülkü dərisindən olan kürk alıb.

Sputnik Azərbaycan xəbər verir ki, üzərində tülkünün başı olan kürklər sosial mediada tənqid obyektinə çevrilib. Heyvanların qətl edilərək, dərisindən kürk, papaq, ayaqqabı, çanta hazırlanmasına etiraz edən heyvansevərlər Bülent Ersoyu sərt tənqid ediblər.

Vəziyyəti belə görən B.Ersoy: "Kürklərimi "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi"nə bağışlayacam" deyərək, açıqlama edib.

Bülent Ersoyun açıqlamasından qısa müddət sonra vəqfdən cavab gəlib. "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi" B.Ersoya rədd cavabını verib.

Vəqfin açıqlamasında deyilir: "Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyi Atatürk fikir və düşüncələrini müasir təhsil yoluyla çağdaş toplumlar səviyyəsinə çatdırmağı hədəfləyən örnək cəmiyyət birliyidir. Dərnəyimiz özündə təbiət, çevrə və canlı haqlarına sayğı ilə yanaşmağı birləşdirir. Bu səbəbdən heyvanların qətl edilməsi ilə hazırlanan məhsulların və ya həmin məhsullardan əldə edilən gəlirin Vəqfimizə bağışlanması qanun və dəyərlərimizə ziddir".

5
Teqlər:
dəri, kürk, Bülənt Ərsoy

Suqovuşana həyat qayıdır - FOTO

5
(Yenilənib 20:18 30.11.2020)
Əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də azad olunan Suqovuşana artıq yol çəkilir. Bunun üçün ərazi minalardan təmizlənir. Kənddən son kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin

Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Suqovuşan kəndi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Burada Tərtərçayı və ətrafdakı rayonları su ilə təmin edən Suqovuşan su anbarı yerləşir. İşğal altında olduğu illər ərzində Suqovuşandan gələn suyun qabağı kəsildiyindən Tərtər, Goranboy, Bərdə və Yevlax rayonları su qıtlığından əziyyət çəkirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə aparan avtomobil yollarının bərpasına başlanılıb. Uzunluğu 29 km təşkil edən yolu tikintisinin təmin olunması üçün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi (ANAMA) ərazini partlamamış sursat və minalardan təmizləməyə başlayıb. İşlər əllə, mexaniki maşınlarla, eləcə də minaaxtaran itlərin köməyilə aparılır.

 

ANAMA əməkdaşları bu ərazidə indiyədək 76 tank əleyhinə, 118 piyada əleyhinə mina, 6 tank əleyhinə minanın partladıcısı və 6 partlamamış hərbi sursat aşkarlayıblar.

 

5
  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

Teqlər:
fotolent, ANAMA, yol, Azərbaycan, Qarabağ, Tərtər, Suqovuşan