CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha bir fövqəladə hadisə: Onlarla fəhlə zəhərləndi

© Sputnik / Murad OrujovНовое оснащение скорой помощи
Новое оснащение скорой помощи - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb

BAKI, 19 iyun — Sputnik. İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Son məlumata görə, hadisə nəticəsində 80-dən çox fəhlə zəhərlənib.

Xəbər lenti
0