Prezident İlham Əliyev DÇ-2018-in açılış mərasimində

İlham Əliyev dünya çempionatının açılışında

480
(Yenilənib 22:57 14.06.2018)
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Rusiya Prezidenti Vladimir Putin və digər dövlət və hökumət başçıları görüşü izləyiblər

BAKI, 14 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, İyunun 14-də Moskvadakı “Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lujniki stadionunda
© Sputnik / Aleksey Druzhinin
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Lujniki" stadionunda

Qeyd edək ki, iyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da qatıldığı açılış mərasimində Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış ediblər.

Açılış şousunda isə britaniyalı müğənni Robbi Uilyams, rusiyalı dünyaca məşhur opera müğənnisi Aida Qarifullina və məşhur braziliyalı futbolçu Ronaldo Luis Naza Rio de Lima tamaşaçılar qarşısında çıxış ediblər.

Açılış mərasimindən dərhal sonra “A” qrupunda mübarizə aparan Rusiya və Səudiyyə Ərəbistanının yığma komandalarının görüşü olub. Bu görüşdə Rusiya komandası 5:0 hesabı ilə qələbə qazanıb.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Rusiya Prezidenti Vladimir Putin və digər dövlət və hökumət başçıları həmin görüşü izləyiblər.

480
Teqlər:
dünya çempionatı, Mehriban Əliyeva, Leyla Əliyeva, Vladimir Putin, İlham Əliyev, Rusiya, futbol