CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlara işgəncə verən tərbiyəçi həbs edildi

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Füruzə Tağıyevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib

BAKI, 14 iyun — Sputnik. Bakıda uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi barəsində həbs qətimkan tədbiri seçilib.

© Photo : QafqazinfoFüruzə Tağıyeva
Füruzə Tağıyeva  - Sputnik Azərbaycan
Füruzə Tağıyeva

Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov məlumat verib. Onun sözlərinə görə, Füruzə Tağıyeva Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, F. Tağıyeva Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə azyaşlılarla kobud davranmaqda və onları döyməkdə günahkar bilinir.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və F. Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Xəbər lenti
0