Dollar, arxiv şəkli

Banklardan əhaliyə şad xəbər

3085
(Yenilənib 17:42 14.06.2018)
Bayram günlərində banklar gücləndirilmiş rejimdə çalışacaq

BAKI, 14 iyun — Sputnik. Ramazan bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar olaraq cari ilin 15-19 iyun tarixlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, bayram günləri ərzində ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat faydalana bilmələri üçün 22 bankın 57 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bankların Bakı şəhərində yerləşən 8 filial və şöbəsi isə 24 saat çalışacaq.

Palatanın əməkdaşlarından ibarət olan xüsusi monitorinq qrupu bayram günlərində, həmçinin fəaliyyət göstərərək yarana biləcək hər hansı problemlə əlaqədar ölkə vətəndaşlarının və qonaqların müraciətlərini qəbul edəcək.

Qeyri-iş günləri ərzində valyuta mübadiləsi əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirəcək bankların filial və şöbələrinin siyahısı: 

Qeyri-iş günləri ərzində valyuta mübadiləsi əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirəcək bankların filial və şöbələrinin siyahısı
© Photo : Cədvəl
Qeyri-iş günləri ərzində valyuta mübadiləsi əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirəcək bankların filial və şöbələrinin siyahısı

 

 

3085
Teqlər:
Milli Qurtuluş Günü, MBNP, Maliyyə Bazarlarına Nəzarət Palatası, Ramazan bayramı, bank, xidmət
Əlaqədar
Bu dəfə bankların başı dərddə - Nə etməli?
Mərkəzi Bank yeni məzənnələri açıqladı
Bankların xarici borcunun artması nə vaxta kimi davam edəcək – ekspert şərhi
Azərbaycanda bankir dövlət vəzifəsinə təyin olundu
Avtostop

"Piyada" istirahət - sabahın havasından xəbərdar olun

1
(Yenilənib 13:15 08.08.2020)
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq

BAKI, 8 avqust — Sputnik. Azərbaycanda avqustun 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, ümlayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə isti olacaq.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri karantin rejimi tətbiq olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

1
Teqlər:
hava proqnozu
Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi

Bu yayın bəlaları tükənmir - Mingəçevir su anbarı yaxınlığında böyük təhlükə yaranıb

50
(Yenilənib 12:57 08.08.2020)
Mingəçevirin Turbaza adlanan hissəsində torpaq sürüşüb. Bu zaman xəsarət alan olmasa da, iki irigövdəli şam ağacı kökündən qopub. Bir neçə evin divarlarında çatlar yaranıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Mingəçevirdə sürüşmə baş verib. İyul ayında dözülməz isti, avqustun ilk günlərində isə gözlənilməz leysan yağışı ərazidə sürüşməyə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, təbiət hadisəsi Mingəçevirin keçmiş turist bazası (Turbaza) adlanan hissəsində, məcburi köçkünlərin məskunlaşdığı ərazidə baş verib. Bu zaman xəsarət alan olmasa da, 2 irigövdəli şam ağacı kökündən qopub. Bir neçə evin divarlarında çatlar yaranıb.

Ağdam rayonunun Salahlı kəndindən məcburi köçkün Fərail Məmmədov baş verən hadisə haqda Sputnik Azərbaycan-a danışıb.

  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
1 / 3
© Sputnik / Rahim Mammedov
Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi

“Yağış yağıb, sel olan kimi evlərin altı ovula-ovula gedir. Güclü yağış olan günü titrəyiş də oldu, bəlkə də zəlzələ idi. Ondan sonra evlərdə çatlar yarandı, təhlükəli hala düşdü. İri gövdəli ağaclar sürüşmə nəticəsində kökündən qopdu. Bir neçə evdə yaşamaq mümkün deyil, çox təhlükəlidir. Yenə sürüşmə olsa, axıb gedəcək dənizə (su anbarına - red.)", - F.Məmmədov bildirib.

Ağdam, Kəlbəcər rayonlarından məcburi köçkün olan sakinlər yaşadıqları məkanın ən çox uşaqlar üçün təhlükəli olduğunu deyirlər. Uçqun olan hissələrin günbəgün artması, irigövdəli ağacların aşması burada həyəcanı daha da artırır.

Ağdam rayonundan məcburi köçkün Vəli Zeynalov güclü yağışdan sonra evinin damından axan yağış sularının ziyanından danışıb: “Gecə səhərə qədər yatmadıq, paltar-palazımız suya qərq oldu. Qonşularımızda da eyni vəziyyət oldu. Hətta mənim qaynımın toyuq-cücəsi də yağışdan sonra yaranan uçqun zamanı tələf oldu".

Sakinlər bildirirlər ki, illərdir buradakı vəziyyətlə bağlı aidiyyəti qurumları məlumatlandırsalar da, onlar burada yaşayanların köçürülməsi haqqında hələ də fikirləşirlər.

Qeyd edək ki, Azərbaycanın bir sıra bölgələri bu il quraqlıqdan əziyyət çəkir. Kür və Araz çaylarında suyun səviyyəsi həddən artıq enib, hətta Neftçalada dəniz suyu çay suyuna qarışıb. Bununla yanaşı, bir sıra bölgələrdə də leysan səbəbindən sel suları kənd təsərrüfatına xeyli ziyan vurub.

50
Əlaqədar
Adamları piyada qoyan təpə və iki ildir cavabı tapılmayan sual: yeni fəlakətimi gözləyək?
Su altındakı nadir tapıntı: Mingəçevirdə quraqlıq nəticəsində daşlaşmış ağac aşkar edildi
Gözümüzü göyə zilləyək? Plan olmasa, su içmək üçün yağışdan ötrü dua edəcəyik
Məhsuldarlıq olmayacaq! Suvarma problemi hər sahədə özünü göstərir
Quyuya su tökməsən, quyu sulu olmaz... – Bakı kəndləri ənənəvi mənbədən məhrum olublar