Квартирный вор, фото из архива

Avtomobili oğrulardan necə qorumaq olar - Ekspert məsləhəti

1245
(Yenilənib 10:20 14.06.2018)
"Avtomobilinizdə potensial oğrunun diqqətini çəkən heç nə saxlamayın"

BAKI, 14 iyun — Sputnik. Hüquqşünas Ərşad Hüseynov son vaxtlar avtomobillərdən oğurluq hallarının artması ilə bağlı sürücülərə məsləhət verib. O bu barədə öz facebook səhifəsində yazıb. 

“Avtomobilinizdə potensial oğrunun diqqətini çəkən heç nə saxlamayın. Oğurluğa meylli adam bunu etməzdən əvvəl avtomobilə mütləq baxır. Ələ keçirilərək asan satıla və ya istifadə oluna biləcən dəyərli bir şey görsə, oğurluq etməyə çalışacaq. Ona görə də avtomobilinizdə çanta, diplomat, portfel və qiymətli görünə bilən və ya içərisində pul və ya qiymətli nəsə olması ehtimal edilən qutular, bağlamalar saxlamayın. Ən təhlükəlisi qadınların və ya kişilərin əl çantasıdır” deyə ekspert qeyd edib.

O bildirib ki, avtomobili oğrulardan qorumağın ikinci yolu avtomobili hər zaman  imkan daxilində həmişə adam olan, yaxşı görünən, kameralarla nəzarət edilən, gecə vaxtı isə işıqlanan yerlərdə saxlamaqdır.

“Təcrübə göstərir ki, kimsəsiz və nəzarətsiz yerdəki avtomobildə heç nə olmasa da, bəzən oğrular ona müdaxilə edib sadəcə axtarış edirlər. Nəzərə alın ki, avtomobilinizə oğurluq məqsədilə müdaxilə sadəcə konkret pulunuzun, sənədinizin və ya başqa əşyanızın itməsi ilə nəticələnməyəcək. Bunu edən oğru həm də avtomobilə ziyan vuracaq (adətən şüşələri sındırırlar, qapını zorla açaraq yararsız edirlər və s.). Bəzən avtomobilə dəyən zərər oğuralanan əşyaların dəyərindən 10 qat artıq olur”.

1245
Əlaqədar
Ermənistan Gürcüstanın yolunu tutdu: “Qanuni oğrulara” qarşı böyük əməliyyat
Bakıda iki qız qaçırılıb, polis gənc oğruları axtarır
Avtomobil oğruları qaça bilmədilər
Amerika polisi silahlı oğrunu belə güllələdi - VİDEO
Yüzlərlə "qanuni oğru" Yerevanda cəmləşdi: Ya Sarqsyanın kəlləsi gedəcək, ya da...