CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaçmazda dəhşətli qətlin üstü açıldı: Öldürüb, meyitini meşədə basdırıblar

Abunə olmaq
Həmin şəxsin 1967-ci il təvəllüdlü Əzizov Mirzağa Bədəl oğlu olduğu müəyyənləşib

BAKI, 11 iyun — Sputnik. Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Həmin şəxsin 1967-ci il təvəllüdlü Əzizov Mirzağa Bədəl oğlu olduğu müəyyənləşib.

Təcili tibbi yardım - Sputnik Azərbaycan
HADİSƏ
Salyan sakini dəhşətli qətl törətdi

Xaçmaz rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, ilkin müayinələrlə meyiti tapılan şəxsin 15 gün əvvəl öldürüldüyü məlum olub. Onun başına balta ilə vurularaq, öldürüldüyü bildirilir.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Xaçmaz rayon sakini Şahin İmanov iyunun 11-də Rayon Polis Şöbəsinə könüllü gələrək tanışı Elbrusla birlikdə Mirzağa adlı şəxsi qətlə yetirdikdən sonra rayonun Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırdıqlarını bildirib.

Məlumatla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun  əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti oradan çıxarılıb.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Xəbər lenti
0