Səni axtarıram verilişi

Xoşqədəmin verilişindən sonrakı dəhşətin detalları: Ortaya elə faktlar çıxdı ki... - FOTO

1049
(Yenilənib 14:32 10.06.2018)
Qazaxıstanlı qızın özünü öldürməsi ilə bağlı daha bir nəfər saxlanılıb

BAKI, 10 iyun — Sputnik. Bakıda Qazaxıstan vətəndaşı olan qadının qətlə yetirilərək meyitinin qamışlıq sahəyə atılması hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlunun Bakıya gətirdiyi 1985-ci il təvəllüdlü Atçıbayeva (və ya Atsubayeva) Ayqul Almaz qızını qətlə yetirməsi və daha sonra polis idarəsindən özünü pəncərədən ataraq intihar etməsi faktı ilə bağlı bir nəfər saxlanılıb. Belə ki, Y.Yusifovun qayını, 1984-cü il təvəllüdlü Famil Osmanov Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə şübhəli bilinərək saxlanılıb.

Səni axtarıram verilişindən kadr
© Photo : Xəzər Media
"Səni axtarıram" verilişindən kadr

Qətl hadisəsinin istintaqı Sabunçu rayon Prokurorluğunda aparılır. Bildirilir ki, 3 uşaq atası olan Y.Yolçuyev qazaxıstanlı qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib. Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra 29 yaşlı Yolçu taksi ilə Ayqul Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq burada qalacaqlarını deyib. Lakin qamışlıq sahəyə çatan kimi 34 yaşlı Ayqulu boğaraq öldürüb.

Qətl törədən Y.Yolçuyev daha sonra qaynının evinə gedib və belə bir cinayət törətdiyini deyib. Famil Osmanovun dediyinə görə, yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb və buna görə polisə məlumat verməyib.

Artıq A.Atçıbayevanın meyiti ekspertizadan keçirilib və ailəsinə təhvil verilib.

Yolçu Yusifov Səni axtarıram verilişində
© Photo : Xəzər Media
Yolçu Yusifov "Səni axtarıram" verilişində

Y.Yolçuyevin özünü öldürməsi hadisəsi ilə bağlı isə Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Belə ki, 34 yaşlı Qazaxıstan vətəndaşı ilə bağlı son məlumat Bakıda aeroportda əldə edildiyindən Y.Yolçuyev Binə qəsəbəsindəki Hava Nəqliyyatında Polis İdarəsinə çağırılıb və burada cinayətinin üstü açılınca özünü pəncərədən atıb.

Bildirilirdi ki, qazaxıstanlı qadın tanış olduğu həmin Oğuz sakini ilə 10 aya yaxındır birlikdə yaşayıb və 4 aylıq hamilə olub. Aygül Atçıbayevanı axtarmaq üçün onun qardaşı Bakıya gəlib və Xoşqədəmə müraciət edib. O,  bacısının azərbaycanlı sevgilisini Elçin kimi tanıdığını, lakin Azərbaycana gəldikdən sonra əsl adının Yolçu olduğunu öyrənib. 

Qardaşının sözlərinə görə, Aygülün ilk nikahından 11 yaşında qızı var.

Yolçu Yusifov
© Photo : Xəzər Media
Yolçu Yusifov

Bu elan yayıldıqdan sonra qazaxıstanlı qadının həmin tanışı — 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu Xoşqədəmin proqramına çıxıb. Ötən gün efirə gedən proqram zamanı bu şəxs Xoşqədəmin və qazaxıstanlı qadının qardaşlarının sualları qarşısında ziddiyətli məlumatlar verib, bizneslə məşğul olan qadının gah başqa tanışı ilə görüşmək üçün Bakıda ondan ayrıldığını, gah qəza keçirdiyini, yaxud Moskvaya getdiyini bildirib. Hətta qadının qardaşlarından "Aygülün müalicəsi üçün" 11 milyon təngə istəyib.

Proqramın ardınca Y.Yusifov polisə çağırılıb və orada ondan qazaxıstanlı qadının itkin düşməsi barədə ifadə alınıb. Məlumata görə polis idarəsində dindirilərkən bu şəxs özünü pəncərədən ataraq intihar edib. Polis şəxsin verdiyi ifadə əsasında qazaxıstanlı qadının meyitini Pirşağı qəsəbəsi ərazisindəki qamışlıqdan tapıb. Hamilə qadının öldürülməsi ilə bağlı cinayət işi qaldırılıb və araşdrmalar gedir.

Qazaxıstanlı hamilə qadının Azərbaycanda tanışı tərəfindən öldürülməsi, daha sonra qatilin özünü polis şöbəsindən ataraq intihar etməsi hadisəsi şəxsən daxili işlər naziri Ramil Usubov tərəfindən nəzarətə götürülüb. Bu qətlin təhqiqatı ilə bağlı Xoşqədəm Hidayətqızının və onun proqramının texniki əməkdaşlarının da polisə çağırılaraq ifadələrinin alındığı xəbər verilir. Gözlənilir ki, tezliklə hüquq-mühafizə orqanları bu qətl və qətli törədən şəxsin intiharı ilə bağlı rəsmi məlumatla çıxış edəcəklər.    

1049
Teqlər:
təfərrüat, veriliş, Xoşqədəm Hidayətqızı, qətl, Qazaxıstan
Əlaqədar
Xoşqədəm Hidayətqızının verilişindən sonra yaşanan dəhşət: Ortaya 2 meyit çıxdı
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

1
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

1
YPX avtomobili, arxiv şəkli

DYP sürücülərə xəbərdarlıq etdi

6
Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır.

BAKI, 27 noyabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı sürücülərə müraciət edib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına istinadla xəbər verir ki, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.

Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.

6
Teqlər:
Daxili İşlər Nazirliyi, Abşeron rayonu, Sumqayıt, DYP