Lahıc qəsəbəsində qazlaşdırılma işləri

Lahıcın küçələrini kimlər hansı səbəbdən bərbad hala salır?

286
(Yenilənib 17:21 10.06.2018)
Dövlət layihəsini belə tərzdə həyata keçirmək xalqa, vətəndaşa və tariximizə böyük hörmətsizlikdir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 10 iyun — Sputnik. İsmayıllı rayonunun Lahıc qəsəbəsində qazlaşdırılma işləri aparılır. Hazırda müəyyən hissə qurtasa belə, işlər hələ də davam etməkdədir. Lakin aparılan işlər turizm zonasının tarixi görünüşünə kobud şəkildə xələl gətirir.

Bu barədə Sputnik Azərbaycan-a Lahıc sakinləri məlumat veriblər. Onların fikrincə, kəndə çəkilən qaz xətləri yerin altı ilə aparılmadığı üçün qəsəbənin tarixi görünüşünü pozur.

Hazırda qəsəbənin böyük bir hissəsi qazlaşdırılıb. Qaz xətləri boyanıb. Bütün bu görülən işlərə baxmayaraq, Lahıc qəsəbəsinin mərkəzi küçələrində olmasa da, digər bütün küçələrdə qaz xətləri kobud şəkildə çəkilib. Bu da özünəməxsus tarixi üslubu olan qəsəbənin tarixi görkəminə xələl gətirir.

  • Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    © Sputnik / Ilham Ahmadov
  • Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    © Sputnik / Ilham Ahmadov
  • Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    © Sputnik / Ilham Ahmadov
  • Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    © Sputnik / Ilham Ahmadov
  • Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    © Sputnik / Ilham Ahmadov
  • Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    © Sputnik / Ilham Ahmadov
  • Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    © Sputnik / Ilham Ahmadov
  • Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    © Sputnik / Ilham Ahmadov
  • Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    © Sputnik / Ilham Ahmadov
  • Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    Lahıc qəsəbəsində qazlaşdırılma işləri
    © Sputnik / Ilham Ahmadov
1 / 10
© Sputnik / Ilham Ahmadov
Lahıc qəsəbəsində qazlaşdırılma işləri

Sakinlər işlərin belə aparılmasına təəssüf edirlər və tez bir zamanda məsələnin həll olunmasını tələb edirlər: "Lahıc qədim mədəniyyətə malik, gözəl bir məkandır. Lazımi orqanlar bunu nəzarətə alıb tədbir görsünlər".

"Məlumatımıza görə, Dəmirçi kəndində də belə olub. Lakin sonradan prezident məsələdən xəbərdar olan kimi, xətlər dərhal sökülüb, yerin altı ilə çəkilib. Ümid edirik, bu, Azərbaycan xalqının bir nümayəndəsi kimi hamımızı narahat etməlidir. Gözəl, qədim yurdumuzun öz köhnə görünüşünü saxlamaq hamımızın borcudur", — şikayətçilər bildirib.

Qəsəbə sakinləri hesab edirlər ki, dövlət layihəsini belə tərzdə həyata keçirmək xalqa, vətəndaşa və tariximizə böyük hörmətsizlikdir.

286
Teqlər:
qaz çəkilməsi, Lahıc qəsəbəsi, İsmayıllı rayonu, qazıntı, tarix, küçə