Kür çayı

Kürdə meyit tapıldı, kimliyi bilinmir

89
(Yenilənib 22:26 09.06.2018)
Meyit Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində tapılıb

BAKI, 9 iyun — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində naməlum meyit aşkar olunub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri meyitin götürülməsi üçün əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.

89
Teqlər:
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Şirvan şəhəri, Kür çayı, meyit
Albalı

Təzyiqin daha bir dərmanı aşkar edilib

79
(Yenilənib 11:22 04.07.2020)
Dietoloq Sara Brüyerin sözlərinə əsasən, albalı suyu antioksidanlarla - polifenollarla çox zəngindir.

BAKI, 4 iyul — Sputnik. Həkimlər səhər yeməyi zamanı təzyiqi tez və effektli şəkildə düşürə bilən içkini müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, təzyiq qan damarlarına və həyati əhəmiyyətə malik orqanlara əlavə bir yük yaradır. O, insult və infarkt da daxil olmaqla müxtəlif fəsadlara səbəb ola bilər.

Yüksək təzyiq sağlam qidalanmamağın və fiziki aktivliyin olmamasının göstəricisidir. Mütəxəssilərin fikrincə, qan təzyiqinin qarşısını alan vasitələr arasında albalı şirəsi xüsusi əhəmiyyətə malikdir.

Dietoloq Sara Brüyerin sözlərinə görə, albalı suyu antioksidanlarla - polifenollarla zəngindir. Onlar qan damarlarının genişlənməsinə və elastikliyini artırmağa kömək edirlər.

Mütəxəssislərin fikrincə, 60 ml turş albalı suyu sistolik qan təzyiqini 7 mmHg qədər azalda bilər. Dietoloq qeyd edib ki, albalı şirəsinin istifadəsi kifayət qədər sürətli effekt verir. Albalı suyu içdikdən bir saat sonra qan təzyiqi azalmağa başlaya bilər. Şirənin təsiri səkkiz saata qədər davam edir.

79
İT mütəxəssisi Vahid Qasımov

İT mütəxəssisi: “5G-nin insan bədəninə ziyanından danışmaq əsassızdır”

57
(Yenilənib 11:44 04.07.2020)
İT mütəxəssisi Vahid Qasımov deyir ki, necəki 3G, 4G texnologiyaları tətbiq edilməyə başlayanda müxtəlif nağıllar danışılırdısa, indi də daha geniş imkanlara sahib 5G haqqında belə nağıllar dolaşır
Vahid Qasımov: “Azərbaycanda 5G texnologiyasının sürətlə yayılması ehtimalı aşağıdır”

Azərbaycanda 5G texnologiyası tətbiq olunmur. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

İT mütəxəssisi Vahid Qasımov Sputnik Azərbaycan-a deyir ki, 5G texnologiyası bizim gündəlik istifadə etdiyimiz mobil internet texnologiyalarının yeni versiyasıdır:

“Necəki 3G, 4G texnologiyaları tətbiq edilməyə başlayanda müxtəlif nağıllar danışılırdısa, indi də daha geniş imkanlara sahib 5G haqıqnda belə nağıllar dolaşır. Bu texnologiyalarından istifadə olunması ilə bağlı beynəlxalq təşkilatlar təfindən müəyyən qaydalar hazırlanır və ondan sonra tətbiq edilməyə başlanır. Ona görə də 5G-nin insan bədəninə hansısa ziyanından danışmaq hazırkı məqamda əsassızdır. Artıq 5G şəbəkələri dünyanın 20-25 ölkəsində aktiv şəkildə tətbiq edilir. Azərbaycanda isə 5G texnologiyasının sürətlə yayılma ehtimalı aşağıdır”.

Vahid Qasımovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

57
 Braziliyada epidemioloji vəziyyət

Virusdan ölənlərin sayı getdikcə artır

0
(Yenilənib 12:35 04.07.2020)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 078 760-a çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 525 191 nəfər vəfat edib, 5 875 364 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 794 min 321 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 666 941 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0