Su kranı, arxiv şəkli

Bakıda içməli suya tullantı axıdılıb?

59
(Yenilənib 22:50 10.06.2018)
“Əhalinin içməli suyuna heç bir aidiyyəti olmadığı üçün su çirklənmir”

BAKI, 9 iyun — Sputnik. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılmasının içməli suya aidiyyəti yoxdur.

Sputnik Azərbaycan oxu.az-a  istinadən xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

ASC rəsmisi qeyd edib ki, tullantı sularının axıdıldığı kanal Ceyranbatan Su Anbarını qidalandırmır: “Əhalinin içməli suyuna heç bir aidiyyəti olmadığı üçün su çirklənmir”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə bildirib ki, məsələ ilə bağlı araşdırma aparacaq: “Ərazidə yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən problemin həll edilməsi üçün araşdırma aparılacaq”.

Qeyd edək ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerində araşdırılıb.

Faktlarla bağlı heyvandarlıq təsərrüfatlarının sahibləri Yaşar Səfərov, Dilqəm Vəliyev, Famil Rüstəmov, Mahir Səfərov, Etibar Səmədov, Firdovsi Səfərov və ASC-nin cavabdeh şəxsi Atəş Əmiraslanov barəsində protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 6950 manat məbləğində cərimə edilib.

59
Teqlər:
Ceyranbatan, tullantı, Anar Cəbrayıllı, su, kanal, "Azərsu" ASC, açıqlama

Yevlaxda baba dəryazla 13 yaşlı nəvəsinin ayağını kəsib

3
Sol ayaq nahiyəsinin topuq hissəsindən xəsarət alan 2007-ci il təvəllüdlü Nurlan Vəkirov xəstəxanaya yerləşdirilib.

BAKI, 5 iyul - Sputnik. Yevlaxda bədbəxt hadisə baş verib.

Belə ki, baba ot kəsən mexaniki dəryazla ehtiyatsızlıqdan nəvəsinin ayağını kəsib. 

APA-nın məlumatına görə, hadisə Əkşəm kəndində qeydə alınıb. 

Sol ayaq nahiyəsinin topuq hissəsindən xəsarət alan 2007-ci il təvəllüdlü Nurlan Vəkirov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı klinikalardan birinə göndərilib.

3
102-я российская военная база

Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı

23
Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

BAKI, 4 iyul - Sputnik. Bu gün günorta saatlarında Ermənistanın Gümra şəhərində Rusiyanın 20 yaşlı vətəndaşı, bu ölkənin 102 saylı Hərbi Bazasının hərbi qulluqçusunun cəsədi tapılıb. Onun meyiti yataq otağında tapılıb, yerdə həmçinin məktub aşkarlanıb.

Rusiyanın Ermənistandakı səfirliyindən Sputnik Ermənistan-a bildirildiyinə görə, hərbçinin ölümündə cinayət izi yoxdur. Səfirlik hərbi qulluqçunun əsəb pozuntusu nəticəsində vəfat etdiyini güman edir.

Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

Rusiya hərbi qulluqçusunun meyidi Gümrüdəki evlərdən birində aşkar edilib.

23