Bakı Nəqliyyat Agentliyi

Sərnişinə qarşı kobudluq edən sürücü işdən azad edildi

57
(Yenilənib 18:27 07.06.2018)
Hər iki daşıyıcıya analoji halın baş verməməsi üçün zəruri tədbirlər görməsi ilə bağlı göstəriş verilib

BAKI, 7 iyun — Sputnik. 49 və 136 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobuslarda sürücülərin yol hərəkəti qaydalarının tələbinin kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atması, sərnişinlərlə ünsiyyətdə etik davranış qaydalarına zidd hərəkət etmələrinə dair KİV-də və sosial şəbəkələrdə yayılan video görüntülər nəzarətə götürülərək müvafiq qaydada araşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hər iki marşrut xətti üzrə daşıyıcı dərhal Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahat vermələri tələb edilib. Araşdırma nəticəsində Bakı Nəqliyyat Agentliyinin tələbi əsasında 136 nömrəli marşrut xəttində (DQN 90-VU-141) çalışan sürücü Sultanov Orxan Xanməmməd oğlu və 49 nömrəli marşrut xəttində (DQN 90-VS-436) çalışan sürücü Abbasov Elçin Əziz oğlu daşıyıcılar tərəfindən işdən azad edilib. Bununla yanaşı hər iki daşıyıcıya analoji halın baş verməməsi üçün zəruri tədbirlər görməsi ilə bağlı göstəriş verilib.

Qeyd edək ki, adı çəkilən sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair videomateriallar hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara təqdim ediləcək. Bununla yanaşı, Orxan Sultanov və Elçin Abbasovun gələcəkdə müntəzəm marşrut xəttində sürücü kimi işə qəbul edilməməsi üçün zəruri tədbirlər görülür.

Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Bildiririk ki, qanunverciliyin tələbinə, təlimatlara əməl etməyən, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atan müntəzəm marşrut xətlərinin sürücüləri barədə bundan sonra da qətiyyətli tədbirlər görüləcək.

57
Teqlər:
sürücü, Bakı Nəqliyyat Agentliyi, Abbasov Elçin, Sultanov Orxan, Bakı
Əlaqədar
Bakıda sərnişin avtobusu piyadanı vurdu
Hacıqabulda avtobus yük maşını ilə toqquşub, xeyli yaralı var
Bu avtobusların hərəkətində dəyişiklik olub
Təyyarələr avtobusa çevrilir: Ayaqüstü yerlər təklif edilir
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Avropanın ən böyük Sinaqoqunda Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib

7
(Yenilənib 20:49 04.12.2020)
Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına əsasən bu gün saat 12.00-da şəhidlər bir dəqiqlik sükutla yad edilib.

BAKI, 4 dekabr — Sputnik. Dağ Yəhudiləri Dini İcması şəhidləri yad edib. Bakıda yerləşən sinaqoqda saat 12:00-da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
1 / 3
© Sputnik / Ibrahim Hashimov
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Ardınca isə şəhidlərin ruhuna dualar oxunub və ayinlər icra edilib. Bildirilib ki, Azərbaycan tolerant bir ölkədir və bütün dinlərin nümayəndələri burada dostluq, qardaşlıq şəraitində yaşayırlar. Qələbə xəbərini birgə qeyd etdikləri kimi, şəhidləri ruhu da birlikdə yad edilib.

7
Teqlər:
tolerant, dua, şəhidlər
DİN əməkdaşları, arxiv şəkli

Saatlı polisi koronavirus xəstəsini küçədə tapdı

11
T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

BAKI, 4 dekabr — Sputnik. Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxan şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bir nəfər rayon sakini, T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsini davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib.

Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

11
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

0
(Yenilənib 21:07 04.12.2020)
Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək  210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

0
Teqlər:
Silahlı Qüvvələrə Yardım Fondu, Müdafiə Nazirliyi