YPX əməkdaşı

Yol polislərinə "daha çox yaz, daha çox qazan" imkanı 5 min manatadək aylıq qazanc

12059
(Yenilənib 18:14 29.06.2018)
"Elə yol polisləri var ki, yazdığı protokolların faizi ilə birlikdə aylıq 3000-5000 manat əmək haqqı alır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib.

Yeni dəyişiklikdə nəzərdə tutulur ki, yol hərəkəti qaydalarının və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə köçürülən vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb edilən əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunsun.

Sputnik Azərbaycan qanunda edilən dəyişikliyin nə kimi yeniliklər gətirəcəyini mütəxəssislərdən soruşub.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu, qanunda olan ziddiyətləri aradan qaldırmaq məqsədi daşıyır: "Qərar əvvəldən də var idi. Sadəcə olaraq, digər qanunlarla ziddiyət təşkil edirdi. Bu ziddiyətin olmaması üçün texniki dəyişiklik edilib. Bu qərar qəbul ediləndə düşünülmüşdü ki, korrupsiyaya qarşı mübarizəyə müəyyən töhfəsi də olacaq. Polislərin artıq sürücülərdən təmənna güdməsinə son qoyulacaq. Belə də oldu. Uzun müddətdir ki, bunu müşahidə edirik".

"Doğrudur, bəzi sürücülər iddia edirlər ki, rüşvət verərək qanundan yayınırlar. Hətta bu yaxında Gəncədə belə hal baş vermişdi. Həmin yol polisi əməkdaşı, hətta işdən azad da edildi" — Muradlı qeyd edib.

Onun sözlərinə görə, yol polisləri ilə söhbət zamanı özləri etiraf edirlər ki, bu fərman onların işinə böyük təsir edir: "Sürücüdən 10-20 manat alıb gözükölgəli qalmaqdansa, qanuni halda qayda pozuntusu edən sürücülərə protokol yazaraq əlavə pul qazanırlar. Hətta elə yol polisləri var ki, yazdığı protokolların faizi ilə birlikdə aylıq 3000-5000 manat əmək haqqı alır".

Ekspert iddia edir ki, yolda xidmət edən polis 3000-5000 manat aldığı halda, hər hansı şöbə rəisi 700-800 manat əmək haqqı alır: "Bu zaman müəyyən uyğunsuzluqlar yaranır. Düşünürəm ki, onların işində də faiz məsələsi tətbiq edilsə, orada baş verən neqativ halların həll olmasına səbəb olar".

Hüquqşünas Elyar Həsənov isə hesab edir ki, bu məsələdə diqqətli olmaq lazımdır: "Dövlət qulluqçusunun sosial vəziyyətini yaxşılaşdırmaq üçün ona əmək haqqı verilir və bu, bütün dünyada belədir. Dünya praktikasından misal çəkə bilməsəm də, deyə bilərəm ki, bu, tək bizdə belə deyil".

"Çox güman ki, başqa dövlətlərdə də bu qanun tətbiq edilib. Zənnimcə, bundan sonra polislər daha çox cərimə yazmağa meylli olacaqlar. Ölkəmizdə müxtəlif sahələrdə inkişaf getdiyi bir ərəfədə belə bir qanunun tətbiq edilməsi müəyyən xoş olmayan meyllərə yol aça bilər", — deyə E.Həsənov vurğulayıb.

12059
Teqlər:
Elməddin Muradlı, hüquqşünas, Elyar Həsənov, DYP, yol polisi, faiz, ekspert, Azərbaycan Respublikası, qanun, sürücü, cərimə
Əlaqədar
Daha bir yol polisi küçədə can verdi
Yol polisi əməkdaşı avtoqəzada öldü
Yol Polisinin “BMW”-ləri satışa çıxarılır
Yol polislərinə şiddətli çağırış-xəbərdarlıq: Qorunun!
Baş Dövlət Yol Polisi sürücülərə müraciət etdi
Yol polisindən həyəcan siqnalı və ciddi dəyişiklik anonsu
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

6
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

6
Lady Qaqa

Ledi Qaqa büsbütün dəyişdi

10
(Yenilənib 22:51 26.02.2021)
35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

BAKI, 26 fevral — Sputnik. Albomları və "A Star Is Born" filmindəki aktrisalıq qabiliyyəti ilə müzakirələrə səbəb olan Ledi Qaqa xarici görünüşündə dəyişiklik edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, 35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

Hazırda film çəkillişlərində iştirak edən Ledi geyim tərzini və saç rəngini dəyişib. O, bunu rol aldığı ekran işi üçün edib.

Qeyd edək ki, Qaqa "Gucci" adlı ekran əsərində çəkilir.

10