Məhbus, arxiv şəkli

Taksi sürücüsü Bakıda İsrail vətəndaşı olan turisti soyub

175
(Yenilənib 18:56 05.06.2018)
Qadını palçıq vulkanına aparan taksi sürücüsü onun 300 manatlıq gödəkçəsi ilə birlikdə aradan çıxıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. İsrail vətəndaşı Bakıda soyğunun qurbanı olub. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 11-ci bölməsinə 1950-ci il təvəllüdlü İsrail vətəndaşı Kaplan Raxel Nikolayevna ərizə ilə müraciət edib. Qadın bildirib ki, bu il mayın 25-də 10 günlüyə Azərbaycana gəlib. İyunun 3-də palçıq vulkanlarına baxmaq üçün Qobustan qəsəbəsinə gedib. Turist vulkanlara baxarkən, onu bura gətirən taksinin sürücüsü maşının salonundakı 300 manat dəyərində olan gödəkçəni götürüb. Taksi sürücüsü israilli qadını vulkanda qoyaraq onun gödəkçəsi ilə birlikdə ərazini tərk edib.

Məsələ ondadır ki, iyunun 5-də Kaplan İsrailə qayıtmalıdır. Odur ki, 11-ci polis bölməsinin əməkdaşları qarşısında vacib məsələ dayanır — qısa müddətdə taksi sürücüsünü və Kaplanın gödəkçəsini tapmaq…

175
Əlaqədar
Bakıda inanılmaz olay - Qız öz anasını "soydu"
Bakıda xəzinədar çalışdığı şirkəti soydu
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

2
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

2
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzində, arxiv şəkli

Sosial reabilitasiya müəssisəsinə qəbul olunanlar arasında xeyli uşaq var

14
(Yenilənib 23:47 02.12.2020)
Sosial reabilitasiya müəssisəsində hazırda 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. 2020-ci il noyabr ayı ərzində "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi"nə 23 sakin qəbul olunub.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən daxil olan məlumatda bildirilir.

Orada qurumun son aylardakı fəaliyyəti ilə bağlı qeyd olunur ki, müəssisəyə qəbul edilən 23 nəfərdən 7-si uşaq, 16-ı isə 18 yaşdan yuxarı olanlardır. Qəbul olunan yeni sakinlərin 12-si qadın, 11-i isə kişi cinsinə mənsubdur.

Məlumatda bildirilir ki, hazırda müəssisədə 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir. Sığınacaqda müvəqqəti məskunlaşanların yaş həddinə gəlincə, 72 sakinin 17-si uşaq, 55-i isə 18 yaşdan yuxarı olanlardır. 

14